Yeni evləri yerli sakinləri ayağa qaldırdı: İcazəsiz girən saxlanacaq
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Şahzadə Uilyam və şahzadə Keyt Middlton bir müddətdir Vindsor Great Parkdakı “Forest Lodge” adlı malikanədə yaşayırlar.
Sherg.az xəbər verir ki, cütlüyün yeni evi geniş təhlükəsizlik tədbirləri ilə qorunacaq.
Middleton və Uilyamın yaşadığı “Forest Lodge” ətrafında böyük bir “girilməz zona” yaradılıb. Yeni təhlükəsizlik qərarları ilə birlikdə bölgə əhalisinin illərdir istifadə etdiyi bəzi sahələrə giriş tamamilə qadağan edilib. “Mirror”da dərc olunan xəbərə görə, yerli sakinlər bu qərara etiraz ediblər.
Park sahəsi və giriş qapıları daimi olaraq bağlanıb, əraziyə icazəsiz daxil olanların isə saxlanıla biləcəyi bildirilib.
Meşəlik ərazini də əhatə edən 150 dönümlük sahə, Şahzadə Corc, Şahzadə Şarlott, Şahzadə Lui ilə birlikdə Uilyam və Keyti qorumaq məqsədilə təhlükəsizlik zonası elan edilib. Əvvəllər ictimaiyyətin istifadəsində olan dayanacaq və giriş qapıları bağlanıb.
Bəzi bölgə sakinləri narazılıqlarını ifadə etsələr də, krallıq ailəsinin təhlükəsizliyinə hörmət göstərilməli olduğunu müdafiə edənlər də olub.
Qanunvericilik çərçivəsində, Kralın və ya birbaşa varisin şəxsi mülkləri təhlükəsizlik zonası elan edilə bilər. Yeni planlar “Forest Lodge”un artıq Krallıq Mülkü daxilində yerləşən xüsusi bir yaşayış evi kimi siyahıya alındığını və bu istiqamətdə bütün müvafiq orqanların qərarı təsdiqlədiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 29 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















