Icma.az
close
up
RU
Yeni filmin çəkilişinə razılıq verilib

Yeni filmin çəkilişinə razılıq verilib

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Leonardo Di Kaprio
Bir il əvvəl taleyi sual altında olan filmin çəkilişləri ilə bağlı razılıq əldə edilib.
Reyting.az
-ın məlumatına görə, Maykl Mannın uzun illərdir ki, barəsində danışdığı "Toqquşma-2"-nin çəkilişlərinə "Warner Bros." studiyası nəhayət razılıq verib.
"World of Reel" nəşri yazır ki, uzun müddətdir davam edən müzakirələrdən sonra yeni kino layihəyə rəhbərlik edənlər, həmçinin yaradıcı qrup sonda filmdəki baş rolu Hollivudun məşhur aktyoru Leonardo Di Kaprioya tapşırmaq qərarına gəliblər. Çəkilişlərin 2026-cı ildə başlaması planlaşdırılır.
Hollivuda yaxınlığı ilə seçilən mənbələrin iddiasına görə, bu ekran əsərinin aktyor heyəti son illərin "ən güclülərindən biri" hesab olunur. Üstəlik, filmdə Leonardo Di Kaprio ilə yanaşı, Ostin Batlerin və Adam Dreyverin də iştirakı çox müzakirə olunur. Bundan əlavə, filmdə hələ açıqlanmayan bir neçə böyük sürprizlər də gözlənilir.
Bir il öncə kino şirkəti film üçün nəzərdə tutulmuş 150 milyon dollarlıq büdcənin məqsədəuyğunluğu ilə bağlı tərəddüd etsə də, sonralar ümumi xərclərin təxminən 200 milyon dolları aşa biləcəyi bildirilmişdi. Lakin "Warner Bros."-un son uğurlu nümayişləri bu vəziyyəti tamamilə dəyişib. Hazırda kinostudiya "Apple" şirkəti ilə birlikdə maliyyələşdirmə üçün variantları nəzərdən keçirir. "Apple" artıq ssenari ilə də tanış olub.
Film, rejissor Maykl Mannın yazıçı Meq Qardinerlə birlikdə qələmə aldığı eyniadlı romanın əsasında çəkiləcək. Bu əsər həm orijinal "Toqquşma"-ya prequel, həm də davam rolunu oynayır.
Filmin əsas süjeti bir zamanlar məşhur aktyor Robert De Nironun canlandırdığı və Nil MakKoli ilə Al Paçino kimi ulduzların da oynadığı Vinsent Hanna obrazlarının uzaq gənclik illərini, eləcə də 1995-ci ildə baş vermiş kulminasiya atışmasından sonrakı gərgin hadisələri əhatə edir.
Bu yeni ekran işi üçün kinorejissor Maykl Mann 1999-cu ildən bəri ilk dəfə yenidən plyonka ilə işləməyi, həm də birinci filmin vizual üslubunu formalaşdırmış operator Dante Spinottini çəkilişlərə dəvət etməyi planlaşdırır.
Rəsmi təfərrüatlar və aktyor heyətinin siyahısının yaxın həftələrdə açıqlanacağı gözlənilir.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Sentyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri