Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Daha 30 ukraynalı uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib

Azərbaycanda da güclü zəlzələ gözlənilir? AÇIQLAMA

Yeni formatlı KDÇ başlayır

Yeni formatlı KDÇ başlayır

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü il dekabrın 5-də ABŞ-nin Mayami şəhərində Klublararası Dünya Çempionatının (KDÇ) püşkü atılmışdı.

"Football-plus.az" xəbər verir ki, indi mundialın başlamasına saatlar qalıb. Yenilənən və daha da böyüyən turnirin startı ərəfəsində maraq doğuran əsas məsələlərə nəzər salaq.
Avropanı 12 klub təmsil edəcək
Sayca 21-ci olacaq turnir bu ildən yeni format əsasında keçiriləcək. Mundial adət edildiyi kimi 7 deyil, ilk dəfə 32 komandanın iştirakıyla təşkil ediləcək. Yeni format əsasında keçiriləcək ilk turnirə ABŞ evsahibliyi edəcək. Dünya çempionatının matçları bu ölkənin Nyu Cersi, Şarlott, Sinsinnati, Los Anceles, Mayami, Neşvill, Orlando (2 stadion), Filadelfiya, Sietl, Vaşinqton və Atlanta şəhərlərində keçiriləcək. Bakı vaxtı ilə iyunun 14-dən 15-nə keçən gecə start götürəcək klubların mundialına iyulun 13-də Nyu Yorkda keçiriləcək final matçı ilə yekun vurulacaq.
Nəhəng turnirdə Avropanın 12 (bu hüququ Çempionlar Liqasının son 4 qalibi və UEFA-nın reytinq cədvəlində ən yüksək yeri tutan 8 klub qazanıb), Cənubi Amerikanın 6, Şimali Amerikanın 5 (bura təşkilatçı ölkənin bir komandası da daxildi), Asiya və Afrikanın 4, Okeaniya regionunun isə 1 klubu iştirak edəcək. 32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa ayrılıb. Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Turnir pley-off mərhələsinin oyunları ilə davam edəcək.
İnfantino suallar məngənəsində idi
Bilindiyi kimi, son bir ildə KDÇ-nin yeni formatının əleyhinə heç də az fikirlər səslənməyib. Səbəb FİFA-nın format dəyişikliyi ilə bağlı qərarı liqalar, klublar və futbolçularla razılaşdırmadan, birtərəfli qaydada verməsi, üstəlik turniri qışdan yaya çəkməsi ilə bağlı idi. Narazı tərəflərdən bəziləri mundialı boykot etməklə hədələyib və hətta ali futbol təşkilatını məhkəməyə verib. Turnirin anonsu verilmiş, püşk atılmış, təqvim müəyyənləşmiş, infrastruktur hazırlanmışdı. Amma ortaya “Avropanın bütün klubları 2025-ci ilin yayında Amerikaya yollanacaqlar” kimi ciddi sual çıxmışdı.
Göründüyü kimi, bir neçə ay əvvəlki vəziyyət kifayət qədər maraqlı və qəribə idi. FİFA-nın prezidenti Canni İnfantinoya ünvanlanan sualların sayı-hesabı yox idi. Ona görə ki, Avropanın top-klubları ilə ən vacib məsələlər müzakirə edilməmişdi. Məsələn, Avropa Superliqasının həmmüəlliflərindən olan “Real”ın prezidenti Florentino Peres yenilənən KDÇ-nin baş tutmayacağına əmin idi...
Əslində məlum olan məsələ aydındı. Turnir milli komandaların mundialının səviyyəsinə maksimum dərəcədə yaxınlaşdırmaq məqsədilə genişləndirilib. İnfantino yeni formatlı KDÇ-ni elit səviyyəli peşəkar futbolun zirvəsinə qaldırmaq niyyətindədi. Əlbəttə, oyunların sayı nə qədər çox olsa, FİFA-nın qazancı da bir o qədər artacaq. Bu da var ki, yeni, daha uzun müddəti əhatə edəcək turnir klub məşqçiləri üçün növbəti başağrısı sayılır. Doğrudu, yarım il əvvəl İnfantino üçün də problem vardı: klubların yeni mundialı üçün əsas sponsor tapılmamışdı. Yeri gəlmişkən, ali futbol qurumu yalnız dekabrda yarışın teleyayın hüququnu 1 milyard dollara DAZN şirkətinə satıb. Bu əməliyyat yeni layihənin maliyyə yönünü bir qədər müəyyənləşdirmişdi.
Mükafat fondu nə qədər olacaq?
Əsas odu ki, ali futbol qurumu bəzi narazı klubları sakitləşdirməyi bacardı. FİFA martda KDÇ-nin mükafat fondunu rəsmən açıqladı. Beləliklə, 32 iştirakçı klub üçün 1 milyard dollarlıq fond müəyyən edilib. FİFA-nın saytının məlumatında KDÇ-2025-in qalibinin 125 milyon dollar qazanacağı qeyd edilir. Turnirin maliyyə bölgüsünə əsasən, idman nailiyyətlərinə görə 475 milyon dollar, iştiraka görə isə 525 milyon dollar daxil olmaqla 1 milyard dollarlıq ümumi mükafat fondu nəzərdə tutulub. Ən çox mükafatı UEFA-ya üzv olanlar alacaqlar.
Mükafatın məbləği reytinq cədvəlindəki mövqelərdən asılı olacaq. UEFA-nın üzvü olan ölkələrin klubları 12,81 milyon dollardan 38,19 milyon dollara qədər, Cənubi Amerika təmsilçiləri 15,21 milyon dollar, digər qitələrin klubları isə 9,55 milyon dollar qazana biləcəklər.
KDÇ-də hansı yeniliklər olacaq?
Qeyd ediləsi digər vacib məsələlər də var. FİFA klubların mundialında yeni qayda dəyişikliyi tətbiq edəcək. Bu haqda FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın qurumun saytına açıqlamasında bildirilib. Yeni qaydaya əsasən, hakimlər oyun zamanı bədən kamerasından (bodycam) istifadə edəcəklər. Məlumatda qeyd edilib ki, FİFA hakimləri KDÇ-yə hazırlamaq məqsədilə müxtəlif vaxtlarda Sürix, Dubay və Buenos Ayres şəhərlərində seminarlar təşkil edib.
Dünya çempionatında ofsaydın müəyyən edilməsi üçün yarımavtomatik texnologiyadan istifadə ediəcəyi də planlaşdırır. Ali futbol qurumunun yaydığı məlumata görə, FİFA 2024-cü ilin dekabrında bu texnologiyanı Qitələrarası Kubokun oyunlarında və bir neçə gənclər turnirində uğurla sınaqdan keçirib. Sistem açıq-aşkar ofsayd vəziyyəti olduqda yan xətt hakiminin qulağına dərhal siqnal göndərir. FİFA-dan bildirilib ki, sistem oyunçuların və topun mövqelərini izləyəcək və real vaxt rejimində ofsayd barədə matçın rəsmi şəxslərinə avtomatik məlumat verəcək.
Əlavə edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının bu il martın 1-də təsdiqlədiyi oyun qaydalarındakı dəyişikliklərdən sonra KDÇ-də qapıçıların vaxtı uzatmasının qarşısını almaq üçün xüsusi olaraq hazırlanmış yeni qayda tətbiq olunacaq. Yeniliyə əsasən, mundialda qapıçı topu əlində maksimum 8 saniyə saxlaya biləcək. Bu müddət aşılarsa, rəqib komandaya künc zərbəsi vurmaq hüququ veriləcək. Xatırladaq ki, əvvəlki qaydaya əsasən, qapıçı topu 6 saniyə ərzində əlindən buraxmalı idi və qayda pozulsaydı, rəqib komandanın xeyrinə cərimə zərbəsi təyin oluna bilərdi. Lakin bu qayda hakimlər tərəfindən nadir hallarda tətbiq edilirdi.
A qrupu
Palmeyras (Braziliya)
Portu (Portuqaliya)
Əl-Əhli (Misir)
İnter Mayami (ABŞ)
B qrupu
PSJ (Fransa)
Atletiko (İspaniya)
Botafoqo (Rio de Janeyro, Braziliya)
Sietl Saunders (ABŞ)
C qrupu
Bavariya (Almaniya)
Benfika (Portuqaliya)
Boka Xuniors (Argentina)
Oklend Siti (Yeni Zelandiya)
D qrupu
Flamenqo (Braziliya)
Çelsi (İngiltərə)
Los Anceles (ABŞ)
Esperans (Tunis)
E qrupu
River Pleyt (Argentina)
Monterrey (Meksika)
İnter (İtaliya)
Urava Red Daymonds (Yaponiya)
F qrupu
Fluminense (Braziliya)
Borussiya (Dortmund, Almaniya)
Ulsan (Koreya)
Mamelodi Sandaunz (Cənubi Afrika)
G qrupu
Mançester Siti (İngiltərə)
Yuventus (İtaliya)
Vidad (Mərakeş)
Əl-Əyn (BƏƏ)
H qrupu
Real (İspaniya)
Zaltsburq (Avstriya)
Əl-Hilal (Səudiyyə Ərəbistanı)
Paçuka (Meksika)
Qrup mərhələsinin təqvimi
1-ci tur

14 iyun 04.00 Əl-Əhli – İnter Mayami
15 iyun 20.00 Bavariya – Oklend Siti
15 iyun 23.00 PSJ – Atletiko
15 iyun 02.00 Palmeyras – Portu
16 iyun 06.00 Botafoqo RJ – Sietl Saunders
16 iyun 23.00 Çelsi – Los Anceles
16 iyun 02.00 Boka Xuniors – Benfika
16 iyun 05.00 Flamenqo – Esperans
17 iyun 20.00 Fluminense – Borussiya D
17 iyun 23.00 River Pleyt – Urava Red Daymonds
17 iyun 02.00 Ulsan - Mamelodi Sandaunz
17 iyun 05.00 Monterrey - İnter
18 iyun 20.00 Mançester Siti – Vidad
18 iyun 23.00 Real - Əl-Hilal
18 iyun 02.00 Paçuka – Zaltsburq
18 iyun 05.00 Əl-Əyn – Yuventus
2-ci tur
19 iyun 20.00 Palmeyras - Əl-Əhli
19 iyun 23.00 İnter Mayami – Portu
19 iyun 02.00 Sietl Saunders – Atletiko
19 iyun 05.00 PSJ – Botafoqo RJ
20 iyun 20.00 Benfika – Oklend Siti
20 iyun 22.00 Flamenqo - Çelsi
20 iyun 02.00 Los Anceles – Esperans
20 iyun 05.00 Bavariya - Boka Xuniors
21 iyun 20.00 Mamelodi Sandaunz - Borussiya D
21 iyun 23.00 İnter - Urava Red Daymonds
21 iyun 02.00 Fluminense – Ulsan
21 iyun 05.00 River Pleyt – Monterrey
22 iyun 20.00 Yuventus – Vidad
22 iyun 23.00 Real – Paçuka
22 iyun 02.00 Zaltsburq - Əl-Hilal
22 iyun 05.00 Mançester Siti - Əl-Əyn
3-cü tur
23 iyun 05.00 İnter Mayami - Palmeyras
23 iyun 05.00 Portu - Əl-Əhli
23 iyun 23.00 Sietl Saunders - PSJ
23 iyun 23.00 Atletiko - Botafoqo RJ
24 iyun 23.00 Benfika - Bavariya
24 iyun 23.00 Oklend Siti - Boka Xuniors
24 iyun 05.00 Los Anceles - Flamenqo
24 iyun 05.00 Esperans - Çelsi
25 iyun 05.00 İnter - River Pleyt
25 iyun 05.00 Urava Red Daymonds - Monterrey
25 iyun 23.00 Mamelodi Sandaunz - Fluminense
25 iyun 23.00 Borussiya D – Ulsan
26 iyun 23.00 Yuventus - Mançester Siti
26 iyun 23.00 Vidad – Əl-Əyn
26 iyun 05.00 Zaltsburq - Real
26 iyun 05.00 Əl-Hilal - Paçuka
Qeyd: yeni günə keçən gecə keçirilən oyunların başlama tarixi ötən günə nəzərən göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyun 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see261

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see200

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see196

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see184

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see169

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see165

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see143

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see137

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see133

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see133

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see129

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see126

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see124

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see123

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see122

Daha 30 ukraynalı uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib

28 Oktyabr 2025 11:46see120

Azərbaycanda da güclü zəlzələ gözlənilir? AÇIQLAMA

28 Oktyabr 2025 10:10see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri