Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Yeni geosiyasi reallıqlar və perspektivlər

Yeni geosiyasi reallıqlar və perspektivlər

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Bakıya səfəri Azərbaycan və Almaniya arasında siyasi və iqtisadi əməkdaşlığın daha da güclənməsinə və şaxələnməsinə töhfə verəcəkdir. Belə ki, son bir neçə ildə iki ölkə enerji, nəqliyyat, investisiya və ticarət sahələrində əməkdaşlığı dərinləşdirmək istəyini nümayiş etdirir. Məsələn, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi sabit artım nümayiş etdirir. 2025-ci ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi 485,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 315,1 milyon ABŞ dolları (2,8 dəfə) çoxdur. Bu gün Almaniya Bakının ən böyük iqtisadi tərəfdaşları arasında beşinci yerdədir.

Enerji təchizatını şaxələndirməyə çalışan Almaniya Azərbaycanın aparıcı rol oynadığı layihələrə artan maraq göstərir. Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında ikinci yeri tutur. Azərbaycan artıq Cənub Qaz Dəhlizi çərçivəsində Avropaya mühüm təbii qaz tədarükçüsüdür. Eyni zamanda, Bakı ixrac marşrutlarının genişləndirilməsinə fəal şəkildə sərmayə qoyur və Almaniyaya yaşıl enerji, o cümlədən külək və günəş enerjisi layihələri sahəsində əməkdaşlıq üçün perspektivli imkanlar təklif edir. Son illər Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq əlaqələrin, o cümlədən Almaniya ilə sıx əməkdaşlığın genişləndirilməsinə yönəlmiş xarici siyasət kursunu fəal şəkildə təbliğ edir. Prezident İlham Əliyev Berlinə səfərlərinin birində Almaniyanın 30 iri şirkətinin nümayəndələri ilə görüşüb, onlarla Azərbaycana investisiya qoyuluşunun perspektivlərini müzakirə edib. Bu fakt onu göstərir ki, Almaniya Bakının iqtisadi potensialından xəbərdardır və Azərbaycana regionda mühüm tərəfdaş kimi baxır.
Eyni dərəcədə vacib sahə nəqliyyat logistikasıdır. Azərbaycan Mərkəzi Asiya və Qafqaz vasitəsilə Çin və Avropanı birləşdirən Orta Dəhliz marşrutunun inkişafında əsas rol oynayır. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya da öz logistik zəncirlərini bu marşrutla inteqrasiya etməkdə maraqlıdır ki, bu da daha dərin əməkdaşlıq üçün əlavə perspektivlər açır. Azərbaycan özünü Cənubi Qafqazın aparıcı qüvvəsi kimi təsdiqləyib ki, bununla təkcə region dövlətləri deyil, dünya siyasətinin əsas oyunçuları da bununla hesablaşmaq məcburiyyətindədirlər. Enerji, logistika və davamlı inkişaf məsələləri Azərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirir. Bu səfərin hər iki ölkə üçün əməkdaşlığa yeni müsbət təkan verəcəyini əminliklə vurğulayan Prezident İlham Əliyev bildirdi ki : “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”.
Beləliklə, tərəfdaşlığın iqtisadi faydalarına gəlincə, Azərbaycan Avropanı enerji resursları ilə təmin edir, yeni nəqliyyat arxitekturasının formalaşmasında iştirak edir və alman investorları üçün perspektivli imkanlar açır. Bu kontekstdə Azərbaycanla əlaqələrin inkişafı Almaniya üçün sadəcə arzuolunan addım deyil, həm də strateji baxımdan zəruri addımdır. Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın vaxtı ilə işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını”n paylaşılması, Almaniyanın dövlət təbliğatçısı “Deutsche Welle” Qarabağla bağlı saxta, qərəzli "sənədli film" yayınlanması Azərbaycanın haqlı narazılığına səbəb olmuşdu. Və Azərbaycan lazımı tədbirlər gördü, nəticədə Almaniya prezident administrasiyası Azərbaycan tərəfindən üzrxahlıq etdi, eyni zamanda yazı silindi. Almaniya prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmin səfərindən sonra Ermənistan rəhbərliyinin, bütün ermənilərin katolikosu II Qaregini, erməni müxalifətini və erməni diasporunun nümayəndələri çox narahat oldular. Çünki, onların gözlədiklərinin tam əksi oldu. Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən əvvəl Şəhidlər xiyabanını ziyarət etdilər, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər, Əbədi Məşəl önünə əklil qoydular. Bu, şəhidlərimizin xatirəsinə ehtiramın ən yüksək təzahürü idi. Bununla da, Almaniya prezidenti Ermənistanın real statusu ilə bağlı çox aydın cavab verdi. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edən Ştaynmayer bəyan etdi ki, Qarabağ Azərbaycandır və bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir. Almaniya prezidentinin bu ifadəsini xatırlamaq yerinə düşər: “Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, bizim mövqeyimizdir”. Təbii ki, belə aydın və birmənalı bəyanat Ermənistanı, sözdə sülh, əməldə isə revanşist planlar hazırlayan qüvvələri, onların havadarlarını narahat etdi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivinə gəlincə, dövlətimizin başçısı bir daha bildirdi ki, qarşı tərəf ATƏT-in Minsk qrupunun ləğvi üçün konkret addımların atılması və Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistan Respublikasına birləşdirilməsi ilə bağlı müddəanın Ermənistan konstitusiyasından çıxarılması ilə bağlı ölkəmizin haqlı tələblərini yerinə yetirməlidir. Təbii ki, bütün bunları Ermənistan rəhbərləri və dünya erməni ictimaiyyətinin nümayəndələri eşitdi.
Ştaynmayer xatırladıb: “Axırıncı dəfə 2016-cı ildə səfər etmişdim və artıq doqquz il keçib üstündən. Hazırda dünyada vəziyyət çox sürətlə dəyişir və geosiyasi baxımdan 9 ildə o qədər dəyişikliklər olub ki, 2016-cı ildə ölkənizə səfərim mənə artıq uzaq keçmiş kimi görünür”.
Artıq Azərbaycan regional lider statusunu möhkəmləndirərək öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Kiçik ölkəmiz dünyada gedən böyük geosiyasi proseslərə ciddi təsir göstərir. Almaniya Prezidenti onu da qeyd edib ki, 2022-ci ildə Rusiya qazının tədarükündə fasilələr yarananda Azərbaycan Almaniyanı lazımi həcmdə təmin etmək öhdəliyini üzərinə götürmüş və məsuliyyətlə yerinə yetirmişdir. Ölkəmiz özünü bütün sahələrdə etibarlı tərəfdaş kimi çoxdan təsdiqləmişdir.

Hicran Hüseynova
Milli Məclisin Komitə sədri, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri