Icma.az
close
up
RU
Yeni Günəşlidə həll olunmayan su problemi

Yeni Günəşlidə həll olunmayan su problemi

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Tanınmış idman jurnalist Natiq Muxtarlı “Facebook” hesabında yazaraq bildirib ki, 3 gündür Yeni Günəşli qəsəbəsinin əhalisi mağazadan su alıb evlərinə daşıyırlar.

O bildirib ki, ADSEA (“Azərsu”) heç bir xəbərdarlıq etmədən 3 gündür suyu kəsib.

Jurnalist iddia edir ki, marketlərdə satılan əksər suların istehsalçısı “Azərsu” rəhbəri Zaur Mikayılova məxsusdur. O qeyd edir ki, həmin şəxs öz biznes maraqları naminə istehsal etdiyi suların satışını təmin etmək məqsədilə qəsəbənin su təchizatının dayandırılmasına səbəb olub.

Onsuz da xəbərdarlıq edilmədən insanların su və qazının kəsilməsi artıq birinci hal deyil. İllərdir bu, təəssüf ki, adət halını alıb. Qışda qazın, yayda suyun olmaması insanları təngə gətirib. Bu hal təkcə Yeni Günəşlidə deyil, Köhnə Günəşli, Ramana, Əhmədli, Binə qəsəbəsi, Hökməli, Qobu, Biləcəri kimi ərazilərdə də müşahidə olunur. İnsanlar yay mövsümündə yaşadıqları əziyyəti hər il təkrar yaşayırlar.

Məsələ ilə bağlı ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə sorğu ünvanladıq. Ancaq qurum ümumi, standart cavab verib, vətəndaşın qaldırdığı konkret problemə aydınlıq gətirilmədi. Bir sözlə əsas sual cavabsız qaldı. Qurum daha çox “texniki-tənzimləmə işləri aparılır” kimi ümumi ifadələrlə kifayətləndi.

Bildirildi ki, su anbarlarında qəbul edilən suyun miqdarının və sutəmizləyici qurğuların məhsuldarlığının artırılması məqsədilə həyata keçirilən texniki və tənzimləmə işləri artıq yekunlaşır. Görülən işlərlə əlaqədar olaraq bəzi ərazilərdə, müəyyən ünvanlarda su təchizatında 2-3 saatlıq məhdudiyyətlər yaranıb. Daha sonra qeyd edilib ki, su təchizatının normal rejimdə bərpa olunması və mövcud məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması işləri 2 gün ərzində yekunlaşacaq.

Texniki işlər və tənzimləmələr kimi ümumi ifadələr problemi izah etmir, sadəcə üstündən keçilir. Biz vətəndaşın iddialarının nə dərəcədə doğru olduğunu yenə də bilmədik. Qayıdıb yenidən izah istədikdə isə “cavabımız budur” ifadəsi ilə kifayətləndilər.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyun 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri