Yeni il paketləri: Otellərin qiyməti açıqlandı
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Bayram ərəfələrində ölkənin bütün bölgələrində otel və istirahət mərkəzlərində qiymətlər kəskin şəkildə yüksəlir. Xüsusilə də beş ulduzlu otellərin qiymətləri ciddi şəkildə artır, çünki belə lüks məkanların sayı azdır və tələbat yüksək olur. Yeni il üçün hazırlanmış eksklüziv otel paketlərinin isə əksəriyyəti 1000 manatın üzərində təklif edilir.
Bu sözləri Axar.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev bayram günlərində bölgələrdə qiymət artımı və tur paketlərindəki fərqlərdən danışarkən deyib.
Onun sözlərinə görə, ölkənin Quba–Qusar, Qəbələ, Şəki, Şamaxı, Lənkəran–Lerik və Naftalan kimi məşhur turizm bölgələrində bayram dönəmində qiymətlər adi günlərlə müqayisədə yüksək olur:
“Dağlıq ərazilərdə yerləşən beş ulduzlu otellər xüsusilə böyük tələbat görür və Yeni il paketləri bir neçə gecə qalma, qala gecəsi və əlavə xidmətləri əhatə etdiyinə görə 1000 manatdan yuxarı təklif edilir.
Daha sərfəli istirahət üçün vətəndaşlara turizm şirkətlərinə müraciət etməyi tövsiyə edirəm. Çünki burada 1 gecə – 2 günlük turlar 100–200 manat, 2 gecə –3 günlük turlar 200–300 manat, daha yüksək xidməti olan otellərə isə 300–400 manat arası paketlər mövcuddur. Məsələn, Quba və Qəbələ istiqamətlərinə olan bəzi turlar 300–350 manat aralığında təklif edilir və bu paketlərə qidalanma, nəqliyyat, tur rəhbəri, ekskursiya və hətta SPA xidmətləri də daxil olur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 03 Dekabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















