Yeni ildə 7 gün ardıcıl iş olmayacaq
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İş və istirahət günlərinin yerləri dəyişdirilib.
"Unikal"ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il qeyri-iş günləri olacaq.

