Icma.az
close
up
RU
Yeni ildə sevdiklərimizə nə hədiyyə etmək olar?

Yeni ildə sevdiklərimizə nə hədiyyə etmək olar?

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni ilin ilk saatları sevdiklərimizlə daha çox vaxt keçirdiyimiz, xoşbəxt xatirələr topladığımız anlardır. Təbii ki, səmimi təbəssüm və “Yeni il” mesajı əvəzsizdir. Ancaq sevdiklərimizə unudulmaz bir hədiyyə verməyi də düşünürük.

Yeni il hədiyyəsi təklifləri axtarırsınızsa, məqaləyə göz atın...

“Qafqazinfo” Yeni ildə alına biləcək hədiyyələrlə bağlı bəzi məsləhətləri təqdim edir:

Yeni il hədiyyələrinizi seçərkən yaxınlarınızın maraqlarını və şəxsi zövqlərini nəzərə almaq vacibdir. Yeni il motivləri ilə bəzədilmiş sviterlər həm rəngli, həm də isti hədiyyə seçimidir. Xüsusilə əyləncəli xarakterə sahib olanlar üçün belə hədiyyələrə üstünlük verilir.

Qırmızı və ya yaşıl rəng şərflər, əlcəklər də faydalı seçim ola bilər. Zərli və parlaq geyimlər Yeni ili coşğu ilə qarşılayan sevdikləriniz üçün ideal hədiyyə variantları arasındadır.

Vaxtının çoxunu evdə keçirən yaxınlarınıza yumşaq və rahat pijama dəstləri və ya Yeni il ab-havalı ədyallarla sevindirə bilərsiniz.

Xüsusilə yeni il ərəfəsində kosmetika və makiyaj həvəskarları üçün xüsusi qutular hazırlanır. Bu tip hədiyyələrlə də sevdiklərinizə xoşbəxtlik bəxş edə bilərsiniz. Nəmləndirici krem, üz maskası və ya dəriyə qulluq üçün xüsusi dəstlər həm faydalı, həm də incə hədiyyə variantlarıdır.

Çərçivələr, stəkan dəstləri və ya əl işləməsi olan toxumalarla da sevdiklərinizin üzündə təbəssüm yarada bilərsiniz.

Rəsm çəkməyi sevən birinə boya dəsti, yemək bişirməyi sevən birinə mətbəx əşyası və ya əl işləri ilə maraqlanan birinə dəbli trikotaj dəsti verə bilərsiniz.

Kiçik hədiyyələri bir araya gətirərək xüsusi qutular yaratmaq da mümkündür. Şokolad, peçenye, tort, qəhvə və çay kimi ləzzətlərdən ibarət xüsusi qutular hazırlaya bilərsiniz. Sabun, losyon, duş geli kimi məhsulların yer aldığı dəstlərə nəzər salmaq olar.

Heyvansevər dostlarınız varsa, onların sevimli ev heyvanları üçün də bir çox variant var. Ev heyvanları üçün uyğun xüsusi hazırlanmış yeməklərə nəzər sala bilərsiniz. Sevimli paltarlar, yemək qabı və ya yumşaq oyuncaqlar əla hədiyyələr ola bilər.

Yeni ildə evlilik planları olan yaxınlarınız üçün ev hədiyyələrinə də nəzər sala bilərsiniz. Məsələn büdcənizə uyğun ev əşyasına, evin küncələrini bəzəyəcək şamlara, heykəllərə, qar kürələrinə və ya miniatür şam ağaclarına diqqət yetirin.

Yəqin ki, uşaqlar, böyüklərdən daha çox, Yeni ildə hədiyyələr gözləyirlər. Balacalar üçün öyrədici oyuncaqlar, kiçik arxeoloqlar üçün dinozavr dəstləri, tapmacalar, leqolar və yaradıcı dəstlər uşaqların həm əylənməsinə, həm də öyrənməsinə imkan verəcək. Bundan əlavə, yaşa uyğun kitab seriyaları da onları xoşbəxt edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 08:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri