Icma.az
close
up
RU
Yeni ildə yeni vərdişlər: güclü beyin və daxili sakitlik üçün 9 məsləhət

Yeni ildə yeni vərdişlər: güclü beyin və daxili sakitlik üçün 9 məsləhət

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni il psixi və koqnitiv sağlamlığa diqqət yetirmək üçün əla zamandır. Bayramlardan və bayram təlaşından sonra beyin “yenidən yüklənməyə” ehtiyac duyur: enerjinin bərpası, stressin azalması və diqqətin yaxşılaşdırılması.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar sadə gündəlik vərdişlərin düşüncə aydınlığını qorumağa, yaddaşı möhkəmləndirməyə və emosional rifahı artırmağa kömək etdiyini hesab edirlər. 

1. Mütəmadi gəzintilər və fiziki aktivlik

Fiziki aktivlik koqnitiv sağlamlığı qorumağın ən təsirli yollarından biridir. Araşdırmalar göstərir ki, hətta orta səviyyəli gündəlik gəzintilər belə koqnitiv yaşlanmanı ləngidir və demensiya riskini azaldır. Altsheymer xəstəliyi riski olan insanlar üçün gündə 3–7,5 min addım atmaq yaddaş və diqqətin zəifləməsi ehtimalını aşağı salır.

2. Məkanın təşkili (“yumşaq təmizlik”)

Evin ya da iş yerinin kiçik bir hissəsini belə yığışdırmaq zehni gərginliyi azaldır və nəzarət hissi yaradır. Mütəxəssislər diqqəti və konsentrasiyanı tədricən bərpa etmək üçün “xırda əşyalar qutusu” kimi mini-zonalardan başlamağı tövsiyə edirlər.

3. Özünüzə qarşı daha mərhəmətli olun

Çox vaxt özümüzə qarşı həddindən artıq tələbkar və sərt oluruq. Özünə şəfqət göstərməyi sınayın: hisslərinizi qəbul edin, özünüzə “bacardığım qədər edirəm” və ya “belə hiss etməyim normaldır” kimi sözlərlə dəstək olun. Bu yanaşma stressi azaldır və emosional vəziyyəti yaxşılaşdırır.

4. Sosial əlaqələri qoruyun

Dostlar və yaxınlarla müntəzəm ünsiyyət koqnitiv davamlılığı gücləndirir. Sosial əlaqələri aktiv saxlayan insanlar yaş artdıqca yaddaş və diqqət problemləri ilə daha az qarşılaşırlar. Ünsiyyət beyni stimullaşdırır və emosional tarazlığı qoruyur.

5. Təbiətdə vaxt keçirin

Təmiz havada, parkda və ya meşədə gəzintilər diqqəti, yaradıcılığı və əhval-ruhiyyəni yaxşılaşdırır. Araşdırmalar göstərir ki, təbii mühit beyin üçün “yumşaq boşalma” yaradır, konsentrasiyanı və koqnitiv funksiyaları bərpa etməyə kömək edir.

6. Texniki qurğulara sərf olunan vaxtı məhdudlaşdırın

Həftədə ən azı bir günü smartfon və digər diqqəti yayındıran cihazlar olmadan keçirməyə çalışın. Vacib zənglərə cavab vermək olar, amma qalan vaxtda cihazı göz önündən uzaq tutmaq məsləhətdir. Bu, stressi azaldır, diqqəti və məhsuldarlığı bərpa edir.

7. Eşitmə qabiliyyətinizi qoruyun

Daimi güclü səs-küyə məruz qalmaq və eşitmənin zəifləməsi koqnitiv pozuntular riskini artıra bilər. Səsli mühitdə qulaqcıqlardan və ya qulaq tıxaclarından istifadə edin, xüsusilə 50 yaşdan sonra hər 1–3 ildən bir eşitmənizi yoxladın.

8. Keyfiyyətli yuxuya diqqət yetirin

Dərin yuxu və REM fazası beynin bərpası və informasiyanın işlənməsi üçün xüsusilə vacibdir. Dərin yuxu zamanı beynin “təmizləmə” sistemi aktivləşir, REM fazasında isə yeni biliklər və emosiyalar möhkəmlənir. Hər gün eyni vaxtda yatıb-durmağa çalışın və kifayət qədər yuxu alın.

9. Yuxuya getməni asanlaşdıran üsullar

Əgər yuxuya getmək çətindirsə, “koqnitiv şiftinq” üsulunu sınayın: təsadüfi bir söz seçin və onun ilk hərfi ilə başlayan mümkün qədər çox söz düşünün, hər birini bir anlıq təsəvvür edin. Bu texnika beyni narahatedici fikirlərdən yayındırır, onu yormadan sakitləşdirir və yuxuya daha tez getməyə kömək edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Yanvar 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri