Icma.az
close
up
RU
YENİ İLDƏN PENSİYALAR NECƏ HESABLANACAQ? İqtisadçı AÇIQLADI

YENİ İLDƏN PENSİYALAR NECƏ HESABLANACAQ? İqtisadçı AÇIQLADI

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşməsi qaydası dəyişir. Bu dəyişiklik, gözlənildiyi kimi, müzakirələrə səbəb olub

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli yeni qaydalarla bağlı sosial şəbəkə səhifəsində izahlı şərh verib. 

O hesab edir ki, təqaüdlərin hesablama və artım qaydaları tez-tez dəyişsə də, təqaüdlərlə bağlı əsas problem həll edilməmiş qalır. Bu problem isə onların aşağı olmasıdır: "Yeni qaydalara görə pensiyaların indeksləşdirilməsi diferensial (fərqli) qaydada aparılacaq və 0,2 ilə 0,5 əmsallar tədbiq ediləcək. Bu dəyişiklik ölkə üzrə orta aylıq əməkhaqqından (təxminən 1170 AZN) yüksək pensiya alan şəxslərə şamil ediləcək.

Sadə misalla izah: tutaq ki, rəsmi indeksləşmə faizi 10% müəyyən edilib:

1000 manat pensiya alan şəxs: Məbləğ 1170 manatdan azdır. Pensiya tam 10% artaraq 1100 manat olacaq.

2000 manat pensiya alan şəxs: İlk 1170 manatlıq hissə tam 10% artır. Yerdə qalan 830 manatlıq hissə isə 0,5 əmsalı ilə (yəni 5%) artır”.

N. Cəfərli qeyd edib ki, ölkədə 90% təqaüdçü 1170 manatdan az təqaüd alır deyə, onlara heç bir təsiri yoxdur, onların pensiyası orta aylıq əmək haqqının artım tempinə görə (təqribən 10%) indeksləşdiriləcək.

İqtisadçı pensiya ilə bağlı mövcud mənzərəni də qeyd edib:

“Yaşa görə pensiya alanlar: Pensiyaçıların 64,8%-i (təxminən 712 800 nəfər);

Əlilliyə görə pensiya alanlar: Pensiyaçıların 22,8%-i (təxminən 250 800 nəfər);

Ailə başçısını itirməyə görə pensiya alanlar: Pensiyaçıların 12,4%-i (təxminən 136 400 nəfər).

Ölkə üzrə orta təqaüd məbləği 594 manatdır, bu rəqəmi yuxarı çəkən isə həmin 10% yüksək, və çox yüksək təqaüd alanlardır. Məmləkət üzrə faktiki median pensiya həddinin (yəni bütün təqaüdçülərin tam yarısının aldığı məbləğin) 420–460 manat aralığında olduğunu, dolayı rəqəmlərlə təxmin etmək olar”.

N. Cəfərli ölkədə tez-tez qaldırılan təqaüd yaşı məsələsinin ikinci dərəcəli problem olduğunu bildirib. Əsas problemim təqaüdlərin aşağı olması ilə bağlı  olduğunu qeyd edib və ilk növbədə bu məsələnin həllini tapmasının vacibliyini vurğulayıb.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Oktyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri