Yeni ili bölgələrdə qarşılamaq isəyənlər ÜÇÜN Ölkənin dördbir yanındakı OTELLƏRDƏ BAYRAM QİYMƏTLƏRİ
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Artıq dekabr ayıdır və Yeni ilə sayılı günlər qalıb. Bayram gecəsini oteldə qeyd etmək istəyənlər üçün ölkənin məşhur istirahət məkanlarında qiymətlər müəyyənləşib. Bu il 31 dekabrdan etibarən 2 gecə-3 günlük paketlərin qiymətləri regionlara görə dəyişir.
BAKU.WS bu istiqamətdə apardığı araşdırmanın nəticəsini təqdim edir:
Lənkəran
Ölkənin ən çox seçilən turizm bölgələrindən olan Lənkəranın məşhur otellərindən birində Yeni il paketi 1500 AZN-dən başlayır. Bu qiymət 31 dekabr - 2 yanvar tarixlərini əhatə edir.
Nabran
Dənizkənarı istirahət zonasında bayramı keçirmək istəyən iki nəfər üçün 2 gecə-3 günlük paket qiyməti 1100 AZN-dir.
Şamaxı
Məşhur otellərindən birində Yeni il gecəsini qarşılamaq istəyənlər üçün qiymətlər 1980 AZN-dən başlayır.
İsmayıllı
31 dekabrdan 2 yanvara qədər olan paket burada 1860 AZN olaraq təqdim edilir.
Quba
Şimalın incisi sayılan Quba rayonunun ən məşhur otellərindən birində 2 nəfər bayramı qarşılamaq istəsə 1690 AZN-ini gözdən çıxarmalı olacaq.
Şəki
Tarixi-mədəni ab-havalı Şəkidə 2 gecə-3 günlük Yeni il paketi 1600 AZN-dir.
Xankəndi
Bu bölgədə Yeni il istirahəti üçün qiymətlər nisbətən daha münasibdir - 960 AZN.
Şuşa
Qarabağın mədəniyyət beşiyində 31 dekabr-2 yanvar paketləri 950 AZN-dən başlayır.
Qeyd edək ki, 2 nəfər üçün əksər otellərin təqdim etdiyi bu paketlərə səhər yeməyi, nahar və şam yeməyi, eləcə də pulsuz spirtli və spirtsiz içkilər, bayram şou proqramı, bəzən isə əlavə əyləncə və istirahət xidmətləri də daxildir.
Yeni ili bölgələrdə qarşılamaq istəyənlər üçün həm seçim çoxdur, həm də qiymətlər artıq formalaşıb.
Banu Hüseynli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 01 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















