“Yeni istehsal müəssisələrinin açılmasına müsbət yanaşmaq lazımdır” İQTİSADÇI
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat veiblər.
Gununsesi.info-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu cür istehsal müəssisələrinin yaradılması və genişləndirilməsi iqtisadi inkişafın əsas amillərindən biridir:
“Təbii ki, bu cür istehsal müəssisələrinin açılmasına müsbət yanaşmaq lazımdır. Çünki bu, həm məşğulluq yaradır, yeni iş yerlərinin açılmasına səbəb olur, həm də yerli istehsalda məhsul bolluğu yaradaraq qiymət səviyyəsinə təsir göstərir.
Eyni zamanda büdcəyə vergilər ödənilir. Təbii ki, bu cür istehsal müəssisələrinin yaradılması və genişləndirilməsi iqtisadi inkişafın əsas amillərindən biridir.
Bizdə bu zavodun konkret parametrlərini bilmirəm – nə qədər işçi çalışacaq, istehsal gücü nə qədər olacaq, növbəti ilə hansı planlar var – bu hissələri dəqiq bilmirəm. Amma ümumilikdə, bu cür istehsal müəssisələrinin yaradılması sözsüz ki, müsbət haldır”.
Gülxanım Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 27 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















