Yeni Klinikanın direktoru: “Bu gün Azərbaycan, tibb sahəsində ikinci inkişaf mərhələsinə qədəm qoyub” Yeni Çağ Media
Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Klinikamızda süni intellektlə işləyən 3 tibbi cihazımız və 3D xəritələmə bacaran texnologiyamız var”
Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in təşkilatçılığı ilə keçirilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirinin I panelində çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan, tibb sahəsində ikinci inkişaf mərhələsinə qədəm qoyub.
“Süni intellektin tətbiqi və müasir texnologiyalara əsaslanan yeni cihazlarla tibb müəssisələrin təchiz olunması bunu deməyə əsas verir. Bir sözlə, hazırda süni intellektlə işləyən texnologiyaların gətirilməsindən danışılması mühüm inkişafdan xəbər verir. Müasir tibbə uyğunlaşmaq indiki dövr üçün çox vacibdir”.
“Klinikamızda süni intellektlə işləyən 3 tibbi cihazımız və 3D xəritələmə bacaran texnologiyamız var. Nəticə etibarilə üzərimizə düşən keyfiyyətli xidməti göstərməliyik. Ümumilikdə tibb müəssisələri keyfiyyətli xidmət öhdəliyini uğurla yerinə yetirməlidir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 18 Dekabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















