Icma.az
close
up
RU
Yeni Konstitusiya ideyası hardan yaranıb?

Yeni Konstitusiya ideyası hardan yaranıb?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2025-ci ili "Konstitusiya və suverenlik ili" elan edib. Bu sərəncam verildikdən dərhal sonra cəmiyyətdə belə bir fikir ortaya çıxdı ki, qüvvədə olan Konstitusiyaya dəyişikliklər, düzəlişlər, əlavələr edilə bilər. Buna görə də ölkədə yeni referendum keçirilə bilər.

Bu məsələ ilə bağlı əvvəlki şərhlərimizdə də bildirmişdik ki, 2025-ci ilin "Konstitusiya və suverenlik ili" elan edilməsi heç də referendum keçiriləcəyi demək deyil, ancaq referendum keçirilməsi də istisna olunmur.

Bu iki anlayış - Konstitisiya və suverenlik bir-birindən doğur. Belə ki Konstitusiya qəbul etmək, öz idarəetmə formasını müəyyənləşdirmək xalqın suveren hüququdur. Başqa sözlə, təbii hüquqdur. Eyni zamanda bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsində ("Xalqın suverenliyi") nəzərdə tutulub və ümumxalq səsverməsi (referendum) yolu ilə təsdiq edilib.

Konstitusiyaya görə prezidentin və Milli Məclisin referendum təyin etmək səlahiyyəti var. Odur ki, ölkədə Konstitusiyaya dəyişiklik, düzəliş və ya əlavələr edilməsinə dair referendum keçirilməsi mümkündür. İctimai münasibətlər, yeni reallıqlar bunu tələb edirsə, referendum keçirilə bilər. 2002-ci, 2009-cu, 2016-cı illərdə bu məqsədlə referendumlar olub, yenə də istisna edilmir. Hətta referendumla yeni Konstitusiya da qəbul edilə bilər. Yeni, yaxud yenilənmiş redaksiyada. Burada qeyri-adi bir məsələ yoxdur.

Yeri gəlmişkən, məsələ elə bu cür də gündəmə daşınıb; Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Azərbaycanda yeni Konstitusiya qəbul edilməsi ideyası ilə çıxış edib. O deyib ki, yeni - Zəfər Konstitusiyasını qəbul etmək lazımdır. Onun fikrincə, ölkədə dövlət quruculuğu və ictimai münasibətlər sahəsində yeni Konstitusion normalara ehtiyac var.

Komitə sədri Konstitusiyada bir neçə ziddiyyət olduğunu deyir. Birincisi, onun fikrincə, inzibati-ərazi bölgüsü və yerli hakimiyyət orqanları ilə bağlıdır. Konstitusiyada həm prezidentin səlahiyyətli nümayəndəsi, həm icra hakimiyyəti başçısı institutları var. Səlahiyyətli nümayəndə institutu artıq işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaradılıb, səlahiyyətli nümayəndələr təyin olunub. Görünür, deputat bunun bütün ölkə üzrə tətbiqini təklif edir. Bu halda icra hakimiyyətləri ilə bağlı müddəalar Əsas Qanundan çıxarılmalı olacaq.

İkinci məsələ Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan prezidentli respublika olsa da, Naxçıvan MR-də idarəçilik parlament respublikası formasında qalır. Doğrudur, Muxtar Respublikada ölkə prezidentinin səlahiyyətli nümayəndəsi var. Ancaq Konstitusiyaya görə, idarəetmə səlahiyyətləri hələ də Ali Məclisin sədrinə (hazırda sədri əvəz edən şəxsə) məxsusdur. Başqa bir ziddiyyət isə, deputatın fikrincə, ölkə prezidentinin və parlamentin səlahiyyət müddətləri ilə bağlıdır.

Komitə sədri prezidentin və parlamentin səlahiyyət müddətlərinə məhdudiyyətləri aradan qaldırmağı təklif edib.

Bütün bunlar barədə o, rəhbərlik etdiyi Komitənin ilk iclasında danışıb.

Məlum olduğu kimi, qüvvədə olan Konstitusiyaya görə, eyni şəxs iki dəfə prezident seçilə bilər. Prezidentin səlahiyyət müddəti 7 ildir (2016-cı il referendumuna qədər 5 il idi). Milli Məclisin səlahiyyət müddəti isə 5 ildir, amma eyni şəxsin təkrar-təkrar deputat seçilməsini məhdudlaşdıran bir məhdudiyyət yoxdur. Elə adamlar var, hətta Azərbaycan müstəqilliyini əldə etməzdən də əvvəl deputat idilər, ondan sonra da dəfələrlə deputat mandatı əldə ediblər.

Beləliklə, eyni adamın dəfələrlə deputat seçilməsinə qadağa olmadığı halda, prezident seçilmiş şəxsə münasibətdə belə qadağa var. Zahid Oruc ziddiyyəti burda görüb. O hesab edir ki, seçkilərlə bağlı məsələlər Konstitusiya ilə deyil, başqa hüquqi aktlarla tənzimlənə bilər. Hətta İsveçrəni misal gətirib və bildirib ki, həmin ölkədə bir çox məsələlər əhali arasında rəy sorğuları ilə həll edilir. Belə çıxır ki, deputat prezident və parlament seçkiləri ilə bağlı məsələlərin Konstitusiyadan çıxarılmasını və Seçki Məcəlləsi ilə tənzimlənməsini təklif edir. Bu da gələcəkdə seçkilərlə bağlı məsələlər üzrə referendum keçirmək zərurətini aradan qaldıracaq.

Bu məsələlərin ölkənin ali hakimiyyət orqanlarında müzakirə olunub-olunmadığını deyə bilmərik. Hər halda Zahid Oruc bu təkliflərin onun öz şəxsi fikirləri olduğunu deyir.

İstənilən halda ölkədə yeni Konstitusiya layihəsinin hazırlanması, referenduma çıxarılması ali hakimiyyətin preroqaatividir. Hələlik ölkə prezidentinin dilindən bu haqda hər hansı fikir səslənməyib. Ancaq qarşıdakı dönəmlərdə bunun olmayacağını da deyə bilmərik.

Yeri gəlmişkən, hətta ABŞ-da da eyni şəxsin neçə dəfə prezident seçilə bilməsi məsələsi gündəmə gətirilib. Tennessi ştatından seçilmiş Konqresmen Endi Oqls Konstitusiyaya 22-ci düzəlişdən eyni şəxsin iki dəfədən artıq prezident seçilməsini əngəlləyən müddəanın çıxarılmasını təklif edib. Bu haqda The Washington Post geniş məlumat dərc edib. Məlumatda deyilir ki, Oqls "Amerikanın böyüklüyünü özünə qaytarmaq üçün" prezident Donald Trampın üçüncü dəfə bu posta seçilməsini zəruri hesab edir.

Məlum olduğu kimi, ABŞ Konstitusiyasına 22-ci düzəliş 1947-ci ildə qəbul edilib, 1951-ci ildə ratifikasiya olunub. Bu düzəliş Franklin Delano Ruzveltin dalbadal dörd dəfə prezident seçilməsinə cavab olaraq ortaya çıxmışdı. Franklin Ruzvelt sonuncu dəfə prezident seçildikdən bir il sonra vəfat edib və bundan sonra Amerika qanunvericiləri başqa bir şəxsə bu cür dəfələrlə prezident seçilməyi qadağan etmək qərarına gəliblər.

Prezidentli və demokratik respublikalarda bu məhdudiyyət var. Amma eyni zamanda parlamentli respublikalarda bir nəfərin dalbadal məhdudiyyətsiz hökumət başçısı olmasına qadağa yoxdur. Almaniya Federativ Respublikası demokratik, hüquqi dövlətdir, ancaq Helmut Kol dörd dəfə federal kansler seçilib və heç kim nə prezident Ruzveltə görə ABŞ-ı, nə kansler Kola görə Almaniyanı qınamayıb. Eləcə də, tarixdə "dəmir ledi" ləqəbini qazanmış xanım Marqaret Tetçer 1979-1990-cı illərdə Böyük Britaniyanın baş naziri vəzifəsinə dəfələrlə seçilmişdi. Eləcə də, Fransada Şarl de Qoll dəfələrlə seçki ilə dövlət və hökumət başçısı vəzifəsinə gəlmişdi. Türkiyədə Süleyman Dəmirəl nümunəsi də var. Rəcəb Tayyib Ərdoğan da dəfələrlə dalbadal hökumət və dövlət başçısı seçilib. Amma Türkiyə seçkiləri dünyaya örnək göstərilir.

Dəfələrlə eyni vəzifəyə seçilən bu tarixi şəxsiyyətləri heç kim sorğulamır və adı sadalanan ölkələri antidemokratik adlandırmır. Burda məsələ kimin neçə dəfə seçilməsi deyil, necə seçilməsi və necə işləməsidir. Çində, ümumiyyətlə, düşünülür ki, bir şəxs öz postunda effektiv çalışırsa, onu dəyişmək nəyə gərəkdir?! Bu düşüncənin nəticəsi Çinin sıçrayışlı inkişafında özünü aydın göstərir. Ötən il ən sürətli iqtisadi inkişaf tempi Çində olub.

Əlbəttə, Qərb Çini antidemokratik sayır. Ancaq ABŞ-ın özündə də bu modelə meyllənən siyasətçilər nəsli yetişib. Konqresmen Oqlsun layihəsi də boş yerdən ortaya çıxmayıb və təkcə onun şəxsi fikri deyil...

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Yanvar 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri