Yeni meşəlik salınması məqsədilə 3300 ədəd ayland, çinar və kızılçam tingləri əkilib
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu haqda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, Naxçıvan Muxtar Respublikasında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə meşəsalma tədbiri həyata keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev iştirak edib.
Tədbir çərçivəsində Pürcuvar Dövlət Meşəsinin meşə ilə örtülü olmayan hissəsində yeni meşəlik salınması məqsədilə 3 hektar sahədə 3300 ədəd ayland, çinar və kızılçam tingləri əkilib.
Məlumat üçün qeyd edək ki, regionun ekoloji balansını qorumaqda, hava keyfiyyətinin yaxşılaşdırılması və iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım hesab edilən meşəsalma və meşəbərpa tədbirləri Nazirlik tərəfindən cari il ərzində davam etdiriləcəkdir.
Səbuhi HƏSƏNOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 Aprel 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















