Icma.az
close
up
RU
Yeni mikroskop aydınlatmanı 2 dəfə artırır

Yeni mikroskop aydınlatmanı 2 dəfə artırır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Koreyada ASAN Tibb Mərkəzinin və Ulsan Universitetinin professoru Kim Jun Kimin rəhbərlik etdiyi tədqiqat qrupu canlı hüceyrələrin ultra aydın təsvirini almaq üçün yeni üsul hazırlayıb. Bu məqsədlə iki fotonlu mikroskopiyadan istifadə edilib və əldə olunan görüntülər xüsusi alqoritmlərlə emal olunub.

Tədqiqat Electronics jurnalında dərc olunub. İki fotonlu mikroskopiya canlı toxumalara minimal ziyanla daha dərin nüfuz etməyə imkan verir. Görüntülərin bulanıqlaşmasının qarşısını almaq üçün alimlər 3D çaplı xüsusi tutucudan istifadə ediblər. Bu qurğu toxumanı yumşaq şəkildə sabitləyərək vizuallaşdırmanı dəqiqləşdirir.

Daha sonra tətbiq edilən alqoritmlər "çirkliyi" azaldır, ofsetləri düzəldir və Super Resolution Radial Fluctuations (SRRF) metodunun köməyi ilə təsvirlərin aydınlığını artırır. Nəticədə, ayırdetmə qabiliyyəti, təxminən, 2 dəfə yüksələrək 250 nanometrdən aşağı səviyyəyə çatıb.

Mütəxəssislərin fikrincə, bu texnologiya Raman spektroskopiyası ilə birləşdirildikdə xərçəngin erkən mərhələdə daha dəqiq diaqnostikasına imkan verə bilər. Bundan əlavə, yeni metod dərmanların hazırlanmasını sürətləndirmək və xüsusilə mitoxondrilərin qorunmasına yönəlmiş müalicə strategiyalarını inkişaf etdirmək potensialına malikdir.

S.ELAY
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 04:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri