Yeni mövsümdə avrokuboklarda bütün iştirakçılarımız Hansı mərhələdən və nə vaxt?
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025/26 mövsümündə Azərbaycanın UEFA-nın klublar yarışlarındakı bütün iştirakçıları müəyyənləşib.
QOL.az xəbər verir ki, bu, ölkə kubokunun finalının “Qarabağ” - “Sabah” matçından (2:3) sonra bəlli olub.
“Qarabağ” ölkə çempionu qismində Çempionlar Liqasında, “Sabah” kubokun qalibi kimi Avropa Liqasında 2 və 3-cü yerləri tutan “Zirə” və “Araz Naxçıvan” isə Konfrans Liqasında yarışacaq.
“Qarabağ” Çempionlar Liqasına 2-ci, “Sabah” Avropa Liqasına 1-ci, “Zirə” və “Araz Naxçıvan” isə Konfrans Liqasına 2-ci mərhələdən başlayacaq.
“Qarabağ”, “Zirə” və “Araz Naxçıvan”ın ilk rəqibləri iyunun 18-i, “Sabah”ın rəqibi isə iyunun 17-də keçiriləcək püşkatmada məlum olacaq.
“Sabah” mübarizəyə ən tez qoşulan klubumuz olacaq. Avroliqada 1-ci mərhələnin ilk və cavab matçları 10 iyul və 17 iyulda olacaq.
“Qarabağ”ın 2-ci mərhələdə ilk matçı 22 və ya 23 iyul, cavab oyunu 29 və ya 30 iyulda keçiriləcək.
“Zirə” və “Araz Naxçıvan”ın ilk oyunu 24 iyul, cavab görüşləri 31 iyulda təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 31 May 2025 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















