Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Yeni nəsil fərqli dünyada böyüyür Komitə sədri

Yeni nəsil fərqli dünyada böyüyür Komitə sədri

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bəzən yeni nəslin nümayəndələri əvvəlki nəslin fərqli dövrdə formalaşdığını əsas gətirərək onları tənqid edirlər. Halbuki hər bir inkişafın əsasında məhz təcrübə dayanır və o, zaman keçdikcə daha da təkmilləşir. Bu baxımdan, istər cəmiyyətin, istər təhsil sisteminin, istərsə də müxtəlif praktikaların formalaşdırdığı təcrübəli insanlar bizim üçün mühüm istinad mənbəyidir”.

Modern.az xəbər verir ki, bu fikirləri “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Komitə sədri qeyd edib ki, təcrübəli insanların yetişdirdiyi yeni nəsil fərqli dünyada böyüyür və müasir dövrün çağırışlarını daha yaxşı anlayır:

“Bu gün qarşımızda duran əsas vəzifə hər iki nəslin müsbət xüsusiyyətlərini özündə birləşdirən gənclərin formalaşdırılmasıdır. Biz köklü ənənələrə sahibik, lakin eyni zamanda müasir dəyərləri mənimsəyən gənclər yetişdirməliyik. Bu proses isə uşaq yaşlarından başlamalıdır. Hər bir gənc dövlətçilik şüurunu, vətəndaşlıq mövqeyini və milli dəyərlərə bağlılığını məhz həmin dövrdən qazanmalıdır”.

Komitə sədrinin sözlərinə görə, insanın formalaşması ailədən başlayır və sonrakı mərhələlərdə təhsil, elm və vətəndaş cəmiyyəti bu prosesdə mühüm rol oynayır:

“Uşaq dünyaya göz açdığı ilk gündən ailənin təsiri altında formalaşmağa başlayır. Onun ilk duyğuları, ilk təəssüratları ailədə yaranır. Daha sonra təhsilə cəlb olunur, yeni bilik və informasiyalar əldə edərək onları ailə mühitinə daşıyır. Təhsil prosesi elmlə zənginləşir, daha sonra isə insan vətəndaş cəmiyyətinin üzvünə çevrilir, hüquqlar qazanır, vəzifələr və məsuliyyətlər daşımağa başlayır. Məhz bu mərhələlərin hər birində dövlətçilik düşüncəsinin təməli qoyulur”.

B.Muradova həmçinin vurğulayıb ki, dövlətçilik şüuru və milli dəyərlər üzərində qurulan düşüncənin formalaşdırılması dövlətin prioritet istiqamətlərindən biridir:

“Bu baxımdan belə mövzular daim vətəndaş cəmiyyətinin diqqət mərkəzində olmalıdır. Buna görə də müxtəlif istiqamətlər üzrə müntəzəm iş aparılır, hüquqi və dövlət sənədləri hazırlanır. Hazırda üzərində çalışdığımız mühüm sənədlərdən biri də Uşaq Strategiyasıdır. Həmin strategiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı müxtəlif layihələr həyata keçirilir”.

O əlavə edib ki, uşaqların hüquqlarının qorunması həm milli qanunvericilikdə, həm də Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə mühüm yer tutur:

“Bu məsələlər yalnız qanunlarda və fəaliyyət planlarında deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Ən vacibi isə onların düşüncəsində yer almalıdır”.

Bahar Muradova təqdim olunan kitabın uşaqlarla yanaşı böyüklər üçün də faydalı olacağını bildirib:

“Düşüncənin formalaşmasına təsir edən amillər çoxdur və təqdim olunan bu kitab da həmin vasitələrdən biridir. İnanıram ki, bu kitab yalnız uşaqların deyil, böyüklərin də marağına səbəb olacaq”.

Komitə sədri tədbirin Prezident Kitabxanasında keçirilməsinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Bu gün Azərbaycan Respublikası Prezidentinin Kitabxanasındayıq. Böyük tarixə və zəngin irsə malik bu kitabxanada yüzilliklərə şahidlik etmiş kitablar qorunur. Şübhəsiz ki, yeni nəşr olunan bu kitab da zamanla həmin dəyərli nəşrlər sırasında öz yerini tutacaq. Bu kitabın burada olması uşaqların da burada olması deməkdir”.

O, valideynlərə müraciət edərək övladlarını kitabla tanış etməyə çağırıb:

“Çox istərdim ki, övladlarınız bu kitabla yaxından tanış olsunlar. Çünki bu, ilk növbədə onların hüquqları barədə məlumatlı olmalarına, eyni zamanda daha sağlam və məsuliyyətli vətəndaş kimi formalaşmalarına xidmət edəcək”, - deyə B.Muradova qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri