Icma.az
close
up
RU
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti Açıqlama

Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti Açıqlama

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Gənclər tarixin bütün dönəmlərində yaşadıqları   ölkələrin, cəmiyyətlərin  inkişafında aparıcı rola malik olub.  Hər bir ölkənin  və cəmiyyətin inkişafı gəncliyin  oynadığı roldan,  prosesləər baxışından, elmi, mədəni  səviyyəsindən asılı olur.  Çünki müasirlik, novatorluq gənclərin adı ilə bağlıdır. Bu gün müasir Azərbaycan dövlətçiliyinin inkişafında, əldə etdiyi qələbələrdə, uğurlarda   gəncliyin müstəsna rolu və töhfəsi danılmazdır".
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Komitə sədri bildirib ki, bünövrəsi Ulu öndər tərəfindən qoyulan və cənab Preziddent İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti  nəticəsində  bu gün Azərbaycan gəncliyi  ölkədə xüsusi aparıcı qüvvə rolunda çıxış etməkdədir: "Məhz yürüdülən uğurlu siyasətə adekvat reaksiyasının nəicəsidir ki, bu gün   Azərbaycan gəncliyi şəxsən  cənab Prezident İlham Əliyevin onlara bəslədiyi ümidləri  bütün sahələrdə yüksək səviyyədə doğruldurlar.  Bunu cənab Prezident İlham Əliyev  çıxışlarında   gənclərimizin vətənpərvərliyini yüksək dəyərləndirərək vurğulayıb: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib”.
Müstəqillik illərində Azərbaycanda yüksək intellektual səviyyəyə malik, eyni zamanda, milli ruhlu gənclərin formalaşması da bilavasitə respublikamızda aparılan dövlət siyasətinin məntiqi nəticəsidir. Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulan uğurlu gənclər siyasəti ötən 21 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi öz bəhrəsini verib. Bu gün gənclik Azərbaycan dövlətinin əsas yükünü öz çiyninə alaraq Prezident İlham Əliyevin liderliyi altında irəliyə, yeni-yeni qələbələrə  doğru aparmaqdadır. 
Möhtərəm Prezident İlham Əliyev Azərbaycanın gənclər siyasətində daim gənclərin milli ruhda, xalqımızın ənənəvi dəyərləri əsasında formalaşdırılmasına çağırışlar edir ki, bu da müasir dünyanın reallıqları ilə bağlıdır.  Bu gün dünyanın üzləşdiyi reallıqlarda, süni intellektin inkişaf etdiyi  və onun yaratdığı təhdidlərin, ölkəmizə qarşı həyata keçirilən dezinformasiya siyasətinin qarşıısnın alınmasında gənclərin  üzərinə daha ciddi məsuliyyət  düşür. Onların bu proseslərdə aktivliyinə daha çox ehtiyac duyulur.   Azərbaycan gəncliyi istər 44 günlük Vətən müharibəsində, istər ondan sonra Ermənistanın işğalçılıq siyasətinə son verib ərazi bütövlüyünün təmin edilməsi və  suverenliyinin bərpa  olunmasında göstərdiyi  qəhrəmanlıq və şücaəti  eyni qayda ilə ondan sonrakı dövrdə ölkəmizə qarşı həyata keçirilən haqsız informasiya və hibrid savaşalarda  gənclərimiz ön cərgədə gedirlər. Ona görə də indiki reallıqlar  şəraitində gənclərin milli ruhda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Biz xalqımızın milli kimliyini şərtləndirən dəyərlərimizlə, ənənələrimizlə qürur duyuruq. Bu dəyərlərin, ənənələrin qorunaraq müasir dövrədək gəlib çatması, eyni zamanda, məsuliyyətimizi də artırır. Biz ölkəmizin, xalqımızın sabahı naminə əcdadlarımızın milli ruhunu yaşadan dəyərlər sistemimizi yad təsirlərdən qorumalı və onları gənclərimiz vasitəsilə gələcəyə ötürməliyik.
Azərbaycanın bundan sonrakı mərhələdə də perspektiv inkişafı müasir dünya trendləri, o cümlədən innovativ texnologiyalarla bağlı olacaq. 
Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbulda ölkəmizin yeni dövr siyasəti ilə bağlı mesajlarını aydın və konkret şəkildə diqqətə çatdırıb. Dövlət başçımızın da bildirdiyi kimi, müasir texnoloji inkişaf mərhələsində gənclərdən çox şey asılıdır. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. “Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Əminəm ki, cənab Prezident İlham Əliyevin liderliyi altında  Azərbaycan gəncliyi indiyədək olduğu kimi bundan sonra da ölkəmizin inkişafında və qarşısında duran  hədəflərə nail olunmasında aprıcı rol oynayacaq.  Son hədəf olaraq azərbaycan  güclü, inkişaf etmiş sosial rifah ölkəsinə çevrilməsində öz sözünü  deyəcək".
Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri