Yeni Papadan yeni açıqlama
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa XIV Leo Qəzza zolağında vəziyyətin getdikcə narahatedici və ağrılı olduğunu deyib.
O, humanitar yardımların ölkəyə daxil olmasına şərait yaradılmasını istəyib.
"Cebheinfo.az" xəbər verir ki, mayın 8-də Konklavda Katolik Kilsəsinin yeni lideri seçilən Papa XIV Leo bu vəzifəyə gəldikdən sonra bu gün ilk ümumi auditoriya iclasını keçirib. Papa XIV Leo adətən Müqəddəs Pyotr meydanında keçirilən çərşənbə günü iclasında deyib:
"Qəzza zolağında vəziyyət getdikcə narahatedici və ağrılı olur". Qəzzada yaşanan vəziyyətə diqqət çəkən Papa "Uşaqların, qocaların və xəstələrin əziyyət çəkdiyi bu ürəkağrıdan vəziyyətə son qoyulması üçün döyüşlərin dayandırılması və humanitar yardımların ləyaqətlə daxil olmasına ürəkdən çağırışımı təkrar edirəm". Papa, həmçinin dindarlardan “ürəklərini tərksilah etməli olduqlarını” deyərək hər gün sülh üçün dua etmələrini istəyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Baxış sayı:126
Bu xəbər 21 May 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















