Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Yeni, nümunəvi və mütəşəkkil həmrəylik modeli formalaşdırılıb

Yeni, nümunəvi və mütəşəkkil həmrəylik modeli formalaşdırılıb

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqı 33 ildir ki, 31 dekabr ‒ Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük qürur hissi və əsl bayram kimi qeyd edir.Xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlının inam və ümid anıdır. Həmrəylik günü dünya azərbaycanlılarının milli azadlıq mübarizəsinin məntiqi nəticəsi, həmrəylik ideologiyası xalqımızın milli ideya ətrafında möhkəm monolitliyinin, birliyinin və mütəşəkkilliyinin, dövlətçilik iradəsinin əbədi rəmzi, parlaq təcəssümüdür.

Çoxəsrlik zəngin və şərəfli tarixə malik olan Azərbaycan xalqı minilliklər boyu dünya sivilizasiyasına böyük töhfələr vermiş, müharibə və münaqişələr, müxtəlif ictimai-siyasi proseslər nəticəsində doğma yurdundan didərgin salınsa da, bir-birindən ayrı düşsə də, Vətənə bağlılıq amalını hər zaman qoruyub saxlayıb. Xalqımız bütövlük və milli dövlət ideyası yolunda mübarizəsindən heç vaxt geri çəkilməmiş, öz müstəqilliyini və dövlətçiliyini bərpa etmək yolunda qətiyyətli iradə nümayiş etdirmişdir.
Ulu Öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə milli dirçəliş, azərbaycançılıq ideyası geniş vüsət alaraq inanılmaz milli hərəkata çevrilmişdir.1970-1980-ci illərdə onun böyük qətiyyəti və cəsarəti sayəsində xalqımızın tarixi dövlətçilik yaddaşı bərpa olunmuş, mədəniyyətimizin və milli irsimizin təbliği, milli ənənələrimizin yaşadılması genişlənmiş, ittifaqın müxtəlif yelərində yaşayan azərbaycanlılar arasında bağlantı və vəhdət güclənmişdi.
Heydər Əliyev əsl Vətən Fədaisi olaraq Azərbaycanın milli kimliyini respublikadan kənarda tanıdırdı, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edən uzaqgörən ideoloji kurs müəyyən edirdi. Sovet ideologiyasının hakim olduğu mürəkkəb dövrdə ziyalıları və sadə insanları vahid milli birlik və müstəqillik ideyası uğrunda mübariz ruhda səfərbər edirdi. Ümummilli Liderin 70-ci illərdə əsasını qoyduğu milli özünüdərk hərəkatı ötən əsrin 80-ci illərində ümummilli həmrəylik mücadiləsinin başlanmasında mühüm rol oynadı.
Bütün bu hadisələr Azərbaycanda həmrəylik dalğasını qarşısıalınmaz prosesə çevirdi. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu olan Heydər Əliyevin 1991-ci ildə Naxçıvanın ağır ictimai-siyasi dövründə muxtar respublikaya rəhbərlik etməsi xalqı milli birlik, milli ideya ətrafında sıx birləşdirərək vahid məqsədə çatdırırdı, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları vahid amal ətrafında birləşdirdi. Milli dövlətçiliyimizin bərpası və dövlət quruculuğu yönündə qətiyyətli bir siyasi mərhələ başlandı.
Ümummilli Liderin qəbul etdiyi mühüm tarixi qərarlar sayəsində soydaşlarımızın milli-mədəni, ictimai həyatlarında bütövləşmə yarandı, yeni milli ruh və azadlıq mücadiləsi başlandı. 1991-ci il dekabrın 16-da Naxçıvan MR-in Ali Məclisi tərəfindən “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi Həmrəylik çağrısı ilə milli xalq hərəkatın əsasını qoydu.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdışı ilə dünya azərbaycanlılarının birlik və bütövləşməsi işində dönüş yarandı. O, bütün azərbaycanlıları vətənə bağlılıq və məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət konsepsiyasına bağladı, xarici dövlətlərə səfərləri zamanı həmvətənlərimizlə görüşərək sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verdi.
2001-ci il mayın 23-də Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Fərman imzalayan Ümummilli Lider həmin ilin 9-10 noyabrında bu mötəbər tədbirin həyata keçirilməsinə nail oldu. Qurultay soydaşlarımızın və diasporun fəaliyyətində yeni ruh, əhavl-ruhiyyə yaratdı. Bu istiqamətdə atılan digər bir vacib addım isə Prezident Heydər Əliyevin 2002-ci ilin 5 iyul tarixli Fərmanı ilə yaradılmış Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi idi.
Ümummilli Liderin azərbaycançılıq ideyalarını, milli birlik fəlsəfəsini inkişaf etdirən Prezident İlham Əliyev ötən illər ərzində həmrəyliyin güclənməsinə əvəzsiz töhfələr verib, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyini daha da möhkəmləndirib. Onun unikal həmrəylik kursu soydaşlarımız arasında əlaqələrin dinamika və ahəngdarlığını daha da zənginləşdirib, xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrini və vahid ideya uğrunda sıx birliyini təmin edib. Cənab Prezidentin birbaşa təşəbbüsü ilə 2006-cı ildə keçirilən Dünya Azərbaycanlılarının II, 2011-ci il keçirilən III və 2016-cı ildə baş tutan IV qurultayları diaspor quruculuğu işinə daha da sanballı töhfələr verdi.
Xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi, inkişaf etdirilməsi və onlar arasında birliyin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da mühüm xidmətləri vardır. Onun həyata keçirdiyi ardıcıl fəaliyyət və müstəsna səyləri həmvətənlərimizin Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini təcəssüm etdirir və gücləndirir.
Yeri gəlmişkən, “Bir millət, iki dövlət” şüarı ilə eyni yolda addımlayan Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində də mükəmməl model qurulub. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin Birinci Forumu və digər vahid niyyətə xidmət edən tədbirlər Prezident İlham Əliyevin həm də Türk dünyasının birliyinə verdiyi töhfələrin parlaq təzahürüdür. Neçə ildir ki, bu həmrəylik xətti ümumdövlət strategiyası kimi qardaş ölkələrin milli mənafelərinin qorunmasında əhəmiyyətli faydalar verir.
Azərbaycan xalqı özünün möhtəşəm həmrəylik gücünü və qüdrətini 2020-ci ildə Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bir daha nümayiş etdirdi. Müharibə zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı, dünyanın bütün ölkələrində yaşayan həmvətənlərimiz inanılmaz dərəcədə həmrəy olaraq fəallıq göstərdilər. Düşmənin və anti-Azərbaycan qüvvələrinin təxribatlarına qarşı cəsarətli etirazları və fədakar xidmətləri ilə Qələbəmizə layiqli töhfə verdilər.
Tarixi Zəfərdən sonra xalqımızın milli həmrəyliyi daha da güclənib, milli ideya ətrafında xalqımızın sıx birliyi, həmrəylik qətiyyəti daha böyük coğrafiyalarda genişlənib. Amerika, Avropa, Asiya və digər regionlarda yaşayan soydaşlarımızın milli birlik fəlsəfəsi daha konseptual-siyasi məzmun kəsb etməkdədir.
Öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın 2022-ci il aprelin 12-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı isə müasir tariximizə daha zəngin tədbir kimi yazıldı. Ulu Öndərin ən müqəddəs amalının, vəsiyyətinin yerinə yetirilməsindən sonra onun ən əziz və doğma ünvanı olan Şuşada keçirilən Zəfər Qurultayı xüsusi rəmzi-tarixi məzmun daşıdı.
Prezident İlham Əliyevin Qurultayda müəyyənləşdirdiyi yeni həmrəylik xəritəsi soydaşlarımızın yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayaraq Azərbaycan həqiqətlərinin, mədəni irsinin geniş təbliğində, habelə erməni lobbisinin ideoloji təxribatlarının qarşısının alınmasında vahid milli fəaliyyət planına çevrilib. Onun qurultayda verdiyi dəyərli məsləhət və tövsiyələr yeni nümunəvi mütəşəkkil həmrəylik modeli formalaşdırıb.
Həmrəylik hərəkatı həm də tarixi torpaqlarımıza, milli irsimizə sahib çıxmaq qayəsini aktuallaşdırıb, Qərbi Azərbaycan İcmasının yaradılması bu istiqamətdə hədəflərə çatmaq üçün yeni birliyin təcəssümü hesab oluna bilər. Öz tarixi torpaqlarımıza qayıdış üçün beynəlxalq hüquqi-siyasi təminatların yaradılması istiqamətində başlanmış ümummilli müqavimət və mücadilə cənab İlham Əliyevin diplomatik şücaətinin və siyasi iradəsinin nümunəsidir.
Azərbaycan bu gün dünya azərbaycanlılarını birləşdirən qalib dövlətdir. Bu gün bütün həmvətənlərimiz müstəqil və güclü Azərbaycanla, onun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevlə fəxr edir, başları dik, alnıaçıq, üzüağ yaşayırlar. Həmrəylik bayramının tam yeni bir ovqatla qeyd edirlər.

Ramid Namazov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri