Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Nümunəvi inkişaf modeli...

Nümunəvi inkişaf modeli...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Elçin Quliyev,

YAP Nərimanov rayon təşkilatının sədri

Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi beynəlxalq təhdidlərdən qorumaq üçün vacib amildir. Eyni zamanda, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bölgədə sülhün təmin olunması üçün dövlətimizin mövqeyini bir daha bəyan edib.

Cənab Prezident müsahibədə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı da fkirlərini ətraflı şəkildə bildirdi. Dövlətimizin başçısı vurğulayıb ki, yola saldığımız 2024-cü ilin sosial-iqtisadi yekunları olduqca qənaətbəxşdir. Ötən il iqtisadi inkişaf baxımından uğurlu il kimi yadda qalıb. Azərbaycanın iqtisadiyyatı öz sürətli inkişafını davam etdirib,  ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb. Dövlət başçısının qeyd etdiyi kimi bu göstəricilər iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı yürüdülən siyasətin mühüm nəticəsi olmaqla, öz müsbət təsirlərini göstərməkdədir. Artıq ölkəmizin inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır. Yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitində iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq.

Ötən ilin makroiqtisadi göstəriciləri təsdiqləyir ki, hazırda dünyada gedən proseslər və mürəkkəb qlobal mühit, ələlxüsus da geosiyasi vəziyyətə nəzərən ölkəmizin əldə etdiyi iqtisadi göstəricilər dayanıqlıdır. Eyni zamanda, beynəlxalq əmtəə bazarlarında dəyişkən qiymətlərə və dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi tam təmin olunmaqdadır. Bütün bunların təməlində isə düşünülmüş siyasət dayanır. Məhz bu mükəmməl iqtisadi siyasət xəttinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi əsas prioritetlərdən biri olacaq.

Azərbaycan hökumətinin apardığı iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması istiqamətində əldə etdiyi nailiyyətlər aparıcı beynəlxalq reytinq agentliklərinin ölkəmizə olan münasibətində müsbət dəyişikliklər yaradıb.  Beynəlxalq reytinqimiz daha da yaxşılaşdırılıb və daha yüksək səviyyəyə layiqdir.

Azərbaycanın maliyyə vəziyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşıb, məhz bu potensial hesabına 2024-cü ilin büdcəsi rekord səviyyədə təsdiq edilib və həmin resurslar hesabına bir çox sosial proqramlar icra edilib. Ələlxüsus da Qarabağın bərpası ilə bağlı böyük vəsaitlər səfərbər olunub. Bununla yanaşı, aparılan düzgün maliyyə siyasəti və optimallaşma valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olub. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır. Eyni zamanda, ölkəmizin borc yükü aşağı düşüb, birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 7,2 faizini təşkil edir. Hazırda ümumi daxili məhsulun xarici borca olan nisbətinə görə, Azərbaycan dünyada liderlər sırasındadır.

Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə icrasına başlanılan yeni sosial paketin parametrlərinə də toxunub. Qeyd edib ki, bu il yanvarın 1-dən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Ölkəmizin qarşısında Qarabağın bərpası kimi böyük maliyyə xərclərinin dayandığı bir dövrdə bu sahəyə xüsusi diqqət yetirmək dövlətin sosial simasını, mahiyyətini göstərir. Hökumətin əsas məqsədi Azərbaycan vətəndaşlarının ildən-ilə daha yaxşı yaşamasına nail olmaqdır. Hökumət maliyyə imkanları artıqca, sosial və iqtisadi inkişafı paralel şəkildə nizamlayaraq əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlərin artımını təmin edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Yanvar 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri