Icma.az
close
up
RU
Yeni oftalmoloji dərs vəsaitinin təqdimatı keçirilib

Yeni oftalmoloji dərs vəsaitinin təqdimatı keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, tibb üzrə elmlər doktoru Yazgül Abdiyevanın müəllifi olduğu “Konyunktivitlərin Klinikası, Differensial Diaqnostikası və Müalicəsində Müasir Yanaşma” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Bu münasibətlə XQ-yə verilən xəbərdə bildirilir ki, təqdimat mərasimində Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri professor Paşa Qəlbinur, kafedranın əməkdaşları, rezidentlər və oftalmologiya sahəsində çalışan mütəxəssislər iştirak ediblər. 

Qeyd edək ki, kitabın elmi rəyçiləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Elmar Qasımov və Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, tibb elmləri doktoru Nigar Qurbanovadır.

Təqdimat zamanı çıxış edənlər nəşrin əsas məqsədi, konyunktivitlərin müasir klinik yanaşmalar əsasında diaqnostikası və müalicəsinə dair elmi-praktik biliklərin sistemləşdirilməsi, tələbələr, rezidentlər və həkim-oftalmoloqlar üçün faydalı mənbənin yaradılması olduğunu vurğulayıblar. Tədbir çərçivəsində iştirakçılara kitab hədiyyə olunub, geniş müzakirələr və sual-cavab sessiyası keçirilib.

Tədbirin gedişində Aysel Qəlbinur, Hafiz Qəhrəmanov, Aybəniz Abdullayeva, Vəfa Nəsirova, Rəhman Allahverdiyev, Solmaz Əliyeva və digər həmkarlar yeni nəşr münasibətilə müəllifi təbrik edərək öz fikirlərini bölüşüblər.

Nəşrin müəllifi Yazgül Abdiyeva çıxışında bildirib: “Bu dərs vəsaitinin əsas məqsədi konyunktivitlərin müasir klinik yanaşmalar əsasında diaqnostikası və müalicəsi ilə bağlı elmi-praktik bilikləri sistemləşdirərək tələbələrə, rezidentlərə və həkim-oftalmoloqlara faydalı mənbə təqdim etməkdir. Təqdimat mərasiminin keçirilməsi üçün şərait yaratdığına və elmi müzakirələrə verdiyi dəstəyə görə professor Paşa Qəlbinura və bütün həmkarlarıma təşəkkür edirəm.”

Zərifə BƏŞİRQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri