Icma.az
close
up
RU
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?

Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?

Icma.az bildirir, Publika.az portalına istinadən.

Bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən, BOKT-ların nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb. BOKT-ların verdiyi gündəlik kreditlərə dair tələblər də dəyişib. Dəyişikliyə görə, kreditlərin milli valyutada maksimum məbləği 500 manat, qaytarılma müddəti maksimum 45 gün olmaqla nəzərdə tutulub. Kreditlər üzrə gündəlik faiz dərəcəsi isə maksimum 0,3 faiz müəyyənləşdirilib. Başqa sözlə, qeyri-bank təşkilatları əvvəllər kreditlərə gündəlik yüksək faiz hesablaya bilirdilərsə, indi bu məbləğ 0,3 faizlə limitləndirilib.

Rəsmi statistikaya görə, hazırda ölkəmizdə 50-dən çox BOKT mövcuddur. Onların nizamnamə kapitalının həcmi təxminən 230 milyon manat təşkil edir. Cəmi kapital portfeli isə 460 milyon manatdan çoxdur və kredit qoyuluşu 688 milyon manata bərabərdir.
Bəs görəsən, BOKT-larla bağlı dəyişikliklər nəyə hesablanıb? Bu addım bazarın strukturunda nələri dəyişəcək və qeyri-bank təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək?

"Maliyyə-kredit sisteminə nizam-intizam gələcək"

Sabiq millət vəkili Rüfət Quliyevin sözlərinə görə, yeni qaydalar maliyyə-kredit sistemində nizam-intizamı daha da gücləndirəcək: “Eyni zamanda, yeni qaydalar müəyyən qanuni yol xəritəsidir. Çünki insanlarda bəzən banklara və qeyri-bank təşkilatlarına qarşı nifrət yaranır ki, yüksək faizlə kredit verirlər. Amma bu, bazar iqtisadiyyatının bir alətidir. Onsuz inkişaf mümkün deyil. Limit məsələsinin tətbiq olunması onunla bağlıdır ki, sosial məsələlərdə problemlər yaranmasın. Tənzimləyici qurum çalışır ki, bu sahədə özbaşınalıqlar yığışdırılsın. Artıq həm BOKT-lar, həm də şikayətçi tərəflər bilməlidir ki, bu istiqamətdə konkret hədəflər var. Hər iki tərəfi dövlət nizamlayır”.

Problemli kreditlər azala bilər

İqtisadçı-ekspert Fuad İbrahimov isə deyir ki, maliyyə bazarlarına mütləq nəzarət olunmalıdır: “Bu gün ölkəmizdə kifayət qədər BOKT fəaliyyət göstərir. Onların fəaliyyəti bankların fəaliyyətindən seçilir. Bu təşkilatların daha rahat, eyni zamanda da daha yüksək faiz dərəcələri ilə kredit vermək imkanları var. Bu qəbildən olan fəaliyyət növlərinə mütləq nəzarət olunmalıdır. Çünki iqtisadiyyat genişləndikcə kreditlərə tələbat artır. Bu sektorun tənzimlənməsi ancaq işin sağlamlaşdırılmasına gətirib çıxaracaq”.

Həmsöhbətimiz qeyd edir ki, yeni tələblər istehlakçı hüquqlarının qorunmasına da xidmət edir: “Bu dəyişikliklər Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub. Qaydalarda keyfiyyət xarakterli tələblər müəyyən edilib. Qaydalarda ilk dəfə qısamüddətli “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib. Bu, çox önəmli məsələdir. Vətəndaşların mənafelərinin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Kreditlərə gündəlik faiz dərəcələri ilə bağlı limit tətbiq olunması həm də problemli kreditlərin qarşısının alınması istiqamətində müsbət nəticələr verə bilər”.

BOKT-ların bazar payı artacaq

İqtisadçı-ekspert Rəşad Həsənov BOKT-larla bağlı qaydaların yeni dövrün tələblərinə uyğunlaşdırıldığı qənaətindədir. Onun fikrincə, bu qaydalar daha sağlam qeyri-bank təşkilatlarının formalaşmasına gətirib çıxaracaq: “Həm maliyyə, həm də risklərlə bağlı şərtlər əhəmiyyətli şəkildə dəyişib. Eyni zamanda, bu istiqamətdə dövlət siyasətinin çərçivələrində dəyişikliklər var. Əslində, qaydaların yenilənməsi xüsusilə də istehlakçı hüquqlarını qoruyan, bu istiqamətdə daha rəqabətli maliyyə institutlarının formalaşması üçün müəyyən çərçivələr yaradıb. Məsələn, nizamnamə kapitalının artırılması daha sağlam maliyyə dayanıqlığını təmin edəcək. Burada əsas məsələ şəffaflığın, hesabatlılığın müəyyən olunmasıdır. Son dövrlərdə tənzimləyici qurumun məqsədi ondan ibarətdir ki, maliyyə bazarlarının bütün seqmentlərində adekvat siyasəti həyata keçirə bilsin və şəffaflığa nəzarəti təmin etsin”.

İqtisadçının proqnozlarına görə, yaxın gələcəkdə BOKT-ları bazarın bir çox seqmentlərində müşahidə edə biləcəyik: "Təxminən 5-10 il ərzində bu qurumlar istehlak bazarı ilə yanaşı, həm biznes kreditləri, həm də güzəştli şərtlərlə kreditlərin təşkil edilməsi mexanizmləri bazarında payını artıracaqlar. Orta və uzunmüddətli gözləntim ondan ibarətdir ki, əgər yeni tənzimləmələr üzərindən növbəti dövrdə effektiv siyasət və həllər təklif olunarsa, bu, daha dayanıqlı, daha geniş bazar payına malik BOKT-ların formalaşmasına səbəb ola bilər”.

“Maliyyə bazarları şaxələnməyib”

Ekspert həmçinin deyir ki, kredit bazarında faizlər tələb və təklif əsasında rəqabətli mühitdə formalaşmalıdır: “Amma bazarda bir də gerçəklər mövcuddur. Gerçəklər ondan ibarətdir ki, Azərbaycanda maliyyə bazarları şaxələnməyib, bu istiqamətdə əlçatanlıq aşağıdır. Bunu həm Dünya Bankının sorğuları, həm də Azərbaycan Statistika Komitəsinin məlumatları təsdiqləyir. Statistika Komitəsinin sorğularına görə, sahibkarlıq subyektlərinin birinci ən ciddi problemi maliyyə əlçatanlığıdır. Belə bir şəraitdə şəffaf olmayan BOKT seqmenti mövcuddur və verdiyi kreditlərdə yüksək faizlərin tətbiqi imkanı genişdir. Çünki BOKT-lara münasibətdə tənzimləyici qurum xüsusi tənzimləmələr tətbiq etmirdi. Digər sahədə krediti qaytarma qabiliyyəti olmayan müştərilər BOKT sahəsinə meyllənə bilirdilər. Necə ki bu kateqoriyada olanlar lombardlara meyllənirdilər, eyni qaydada da BOKT-lara üz tuturdular. Burada da mövcud vəziyyətdən sui-istifadə halları yaranırdı. Faizlərlə bağlı müvafiq həddin gətirilməsi bu istiqamətdə mövcud olan riskləri idarə etmək məqsədi daşıyır”. ("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://publika.az
archiveBu xəbər 21 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri