Icma.az
close
up
RU
Televiziyalarda ailə münaqişələrinə SON QOYULUR Yeni QƏRAR

Televiziyalarda ailə münaqişələrinə SON QOYULUR Yeni QƏRAR

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Televiziyalarda ailə həyatına müdaxilə halları ilə bağlı Ali Məhkəmə tərəfindən qərar qəbul edəcəyi gözlənilir. Bununla bağlı Ali Məhkəmənin Kollegiyasının sədri Sənan Hacıyev tədbirlərin birində çıxışı zamanı deyib:

“Media məkanında şəxslərin şərəf və ləyaqətinin müdafiəsi məsələlərinə müəyyən qədər diqqət ayrılsa da, təəssüf ki, vətəndaşların şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirri kimi konstitusion hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də ürəkaçan deyil".

O bildirib ki, bütün bunlar nəzərə alınaraq, bu istiqamətdə müvafiq hüquqi tənzimləmənin həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda Ali Məhkəmə tərəfindən mühüm qərarların qəbulu nəzərdə tutulub.

Bildiyimiz kimi, kütləvi informasiya vasitələrinin işi “Media haqqında” Qanunla tənzimlənir. Həmçinin, ölkədə senzuranın tətbiqi uzun illərdir qadağan edilib.

Bəs maraqlıdır ki, Ali Məhkəmənin bununla bağlı qərarı senzuraya səbəb olmayacaq ki?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan media tənqidçisi, professor Qulu Məhərrəmli deyib ki, Ali Məhkəmənin bu məsələyə hansı aspektdən yanaşacağı bizə də maraqlıdır:

“Ümumiyyətlə, bizim bəzi telekanallar reytinq, reklam xatirinə verilişlərdə ailə problemlərini həddindən artıq çılpaqlıqla göstərməyə çalışırlar. Bu da ictimaiyyətdə narazılıq doğurur. Bunun üçün hansısa Ali Məhkəmənin qərarına ehtiyac yoxdur. Çünki “Media haqqında” Qanunda ailə, şəxsi həyata müdaxilənin yolverilməzliyi barədə çox aydın yazılıb”.

O, Ali Məhkəmənin bununla bağlı Milli Məclisə təklif verə biləcəyini də qeyd edib:

“Ali Məhkəmənin hansı rakursdan məsələyə yanaşması aydın deyil. Bəlkə də Milli Məclisə təkliflər verə bilər. Amma hüquqi mexanizm məsələsi var. Hər halda problemin özü onu göstərir ki, ekranda elə məsələlər çılpaqlıqla verilir ki, bu, məhkəmə orqanlarını da narahat edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 May 2025 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri