Yeni qaydalar qüvvəyə mindi Evlərdəki kombilərin taleyi necə olacaq?
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qış yaxınlaşdıqca, evlərdə istilik sistemi əsas problemə çevrilir. Mərkəzi istilik siteminin, qazanxanaların hər binaya tətbiq olunmaması səbəbindən vətəndaşlar bəzi binalarda və fərdi evlərdə kombi quraşdırmağa məcburdurlar. Çünki elektrik qızdırıcılarından istifadə etmək azbüdcəli vətəndaşın cibinə görə deyil.
Lakin qazla işləyən kombi və digər qızdırıcı cihazlardan istifadəylə bağlı qaydaların sərtləşdirilməsi vətəndaşlar arasında narahatlıq yaradıb. Sosial şəbəkələrdə isə bu dəyişikliklərin kombilərin tamamilə ləğvinə səbəb olacağı ilə bağlı iddialar irəli sürürlər.
Ümumiyyətlə hazırda mənzillərdə yoxlamalara başlanılıbmı?
“Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya verilən məlumata görə, sözügedən qərar çıxmazdan öncə də qurum hər il yoxlamalar aparıb.
“Hər il yanvar ayından başlayaraq, noyabradək bütün mənzillərdə “Azəriqaz” tərəfindən müayinə xidmətləri həyata keçirilir”.
Qeyd edək ki, noyabrın 6-da qüvvəyə minən “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament”inə görə, tüstü bacasına qoşulan və ya qapalı məkanlarda işləyən cihazlarda alov söndükdə və ya tüstü bacasında nasazlıq yarandıqda, avadanlıq dərhal və avtomatik olaraq qaz verilişini dayandırmalıdır.
Tüstü bacası və ya sorucu avadanlığı olmayan isidici və suqızdırıcılarda xüsusi sensordan istifadə məcburi olur. Məkanda dəm qazının konsentrasiyası normadan artıq olduqda, cihaz avtomatik sönəcək. Cihazların konstruksiyası elə olmalıdır ki, təkrar alışdırma zamanı təhlükəli qaz yığılmasının qarşısını almaq üçün yanma kamerası əvvəlcə avtomatik ventilyasiya olunsun. Alışdırma cəhdlərinin sayı və vaxtı məhdudlaşdırılır.
Termik yanıqlardan mühafizə mütləqdir. İstifadəçinin toxuna biləcəyi idarəetmə düymələri və kənar səthlər elə hazırlanmalıdır ki, toxunarkən yanıq xəsarəti almaq riski tam aradan qaldırılsın.
Şəbəkədə gərginlik düşdükdə, işıqlar sönüb rejim bərpa olunduqda cihazın təhlükəsizlik sistemi pozulmamalı, avtomatik təhlükəli vəziyyət yaratmamalıdır.
Göründüyü kimi, yeni qaydalar qazla işləyən cihazların təhlükəsizliyi, texniki göstəriciləri ilə bağlı tələbləri əhatə edir. Burada əsas məqsəd qaz avadanlıqlarından istifadə zamanı təhlükəsizliyi təmin etmək, mümkün qəza və zəhərlənmə hallarının qarşısını almaqdır.
Ancaq əsas sual yenə açıq qalır: tələblər yalnız satışa çıxarılan yeni avadanlıqlara şamil ediləcək, yoxsa vətəndaşların hazırda evlərində istifadə etdiyi kombilərə də təsir göstərəcək? Tələblərə cavab verməyən cihazların dəyişdirilməsi məcburi olacaqmı?
Məsələyə aidiyyəti qurum mövqe bildirmədiyinə görə, yenə də reqlament əsasında sualları cavablandırmalı olacağıq.
Yeni reqlament köhnə kombilərin istifadəsinə qadağa qoyur?
Reqlamentə əsasən noyabrın 6-dan etibarən bazara çıxarılan, idxal olunan və ya quraşdırılan hər bir qaz cihazı yalnız bu yüksək təhlükəsizlik standartlarına cavab verdiyi halda istismara buraxılacaq. Bu standartların tətbiqi, ilk növbədə, evlərimizdə baş verə biləcək bədbəxt hadisələrin və dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün həyata keçirilir.
Yəni mövcud köhnə cihazların istifadəsinin qadağan olunması və vətəndaşların onları məcburi dəyişdirməsi barədə məlumat yoxdur. Hər halda evlərdəki qaz cihazları təhlükəlidirsə, onu istismardan çıxarmaq ən çox vətəndaşların xeyrinədir.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















