Icma.az
close
up
RU
Yeni qərar Bakının bu ərazisindəki mənzilləri bahalaşdıracaq AÇIQLAMA

Yeni qərar Bakının bu ərazisindəki mənzilləri bahalaşdıracaq AÇIQLAMA

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belə ki, oktyabrın 5-dən Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsi, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması yalnız həftəsonları deyil, həftənin bütün günlərini əhatə edəcək.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Ölkə.az-a açıqlamasında bildirib ki, bu növ təcrübə nəinki şəhərin mərkəzində, şəhərin digər hissələrində də tətbiq olunmalıdır:

“Qeyd olunan ərazilər piyadalaşmış küçələr siyahısına daxil edilib. İstisna hallar kimi orada yaşayan insanlar üçün müəyyən giriş-çıxış imkanları mövcud olacaq. Həmçinin obyekt sahiblərinin gecə yarısından səhər saat 10-a qədər logistika imkanları nəzərə alınacaq. Ümumi olaraq, şəhər böyüyür amma şəhərin piyadalaşmış zonalarının sayı məhduddur. Düşünürəm ki, bu növ təcrübə nəinki şəhərin mərkəzində, şəhərin digər hissələrində də tətbiq olunmalıdır”. 

Ekspert vurğulayıb ki, Bakının Baş planına görə şəhərin monosentrik quruluşdan polisentrikə doğru keçidi nəzərdə tutulub:

“Yəni, bir mərkəzli şəhərdən çox mərkəzliyə doğru keçid əsasında bu cür addımlar insanların öz yaşadığı ərazilərdə istirahətini təmin edəcək. İndiki mərhələdə piyadalaşmış küçələrimizin sayı artır. Fəvvarələr meydanı, Xəqani bağı ərazisi və İslam Səfərli küçəsini də bu layihə çərçivəsində düşünmək olar”. 

R.Ağamirzəyev düşünür ki, vahid ekosistemin qurulması üçün Neftçilər prospekti boyu eyni səviyyəli piyada zolaqları və işıqforla tənzimlənən piyada keçidləri əlavə edilməlidir. Nəticədə, bir neçə nöqtədə insanların şəhərin mərkəzindən bulvara və əksinə çıxışı təmin olunar”.

“Digər tərəfdən, piyadalaşdırılma həmin ərazilərdəki biznes obyektlərinin dövriyyəsinin böyüməsinə və orada istirahət edən insanların təhlükəsizliyinin artmasına, səs-kirliliyinin azalmasına gətirib çıxaracaq. Ümumilikdə, bu infrastruktur ərazidə həm biznesin, həm kirayə mənzillərin, həm də ümumi mənzilin qiymətinə birbaşa təsir edən məqamlardandır. Belə ki, nəqliyyat əlçatanlığının yüksək olması burada yerləşən mənzil və obyektlərin qiymətinə artım istiqamətində təsir edir”, - deyə ekspert əlavə edib.

Könül Vəliyeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Sentyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri