Icma.az
close
up
RU
Yeni qərar köhnə binaların qiymətini qaldırdı AÇIQLAMA

Yeni qərar köhnə binaların qiymətini qaldırdı AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

İstilik təminatı ilə bağlı yanaşmalar dəyişir və mərkəzləşdirilmiş sistemlərə üstünlük verilməsi gündəmə gəlir. Bu sistemlər əlavə infrastruktur, idarəetmə və texniki xidmət xərcləri tələb etdiyi üçün onların iqtisadi yükü ilə bağlı müxtəlif müzakirələr aparılır. Digər tərəfdən, əvvəllər fərdi kombi sistemləri daha çox yayılmışdı və vətəndaşlar yalnız istifadə etdikləri qədər ödəniş edirdilər. İndi isə bəzi yerlərdə kombi quraşdırılmasına məhdudiyyətlərin qoyulması mənzil bazarına, xüsusilə də qiymətlərin formalaşmasına mümkün təsirlərlə bağlı suallar yaradır.
Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqi qiymətlərdə müəyyən artıma səbəb olacaq:
"Çünki həm quraşdırma baha başa gəlir, həm də idarəetmə sistemi əlavə xərclər tələb edir. Sonradan təmir və texniki xidmət problemləri yaranır ki, bu da əlavə xərclərin artmasına gətirib çıxaracaq.
Nəzərə alsaq ki, bu yeni sistem yalnız bundan sonra inşa olunmuş binalara şamil edilir, köhnə binalar və indiyədək tikilmiş yeni tikililər yenə də kombi sistemindən istifadə edə biləcək. Təbii olaraq, premium tipli binalarda bu xidmətin tətbiqi və dəyişdirilməsi qiymətlərin daha da yüksəlməsinə səbəb olacaq və bu, ümumi bazarda qiymət artımı ilə nəticələnəcək.
Eyni zamanda nəzərə almaq lazımdır ki, ilkin dövrlərdə orta və aşağı təbəqə daha çox köhnə binalara və ya kombi ilə təchiz olunmuş nisbətən ucuz yeni tikililərə üstünlük verir. Yeni və daha bahalı binalarda isə yaşayış xərcləri də yüksək olur".
Ekspert deyib ki, bu səbəbdən köhnə binalara və yeni tikililərin əvvəlki mərhələlərinə maraq daha çox olacaq və bu da həmin seqmentdə qiymət artımına gətirib çıxara bilər:
"Çünki bu binalarda həm yaşayış xərcləri, həm də ümumi maliyyə yükü nisbətən daha aşağıdır. Digər tərəfdən, təhlükəsizliyə və ekoloji təmizliyə daha çox önəm verən, karbon emissiyasının azaldılmasını vacib hesab edən insanlar imkanları daxilində daha çox yeni tikililərə üstünlük verəcəklər. Bu da həmin seqmentdə qiymətlərin və tələbin artmasına səbəb olacaq.
Əgər yeni tikililərdə alternativ enerji mənbələrindən, xüsusilə günəş panelləri və digər bərpa olunan enerji həllərindən istifadə geniş tətbiq olunsa, bu proses daha məqsədəuyğun ola bilər və uzunmüddətli perspektivdə qiymət artımı müəyyən qədər tarazlana bilər.
Ümumilikdə isə ilkin mərhələdə həm köhnə binalara, həm də normativlərə qədər inşa edilmiş tikililərə tələbatın artacağı və bunun da qiymətlərin yüksəlməsinə səbəb olacağı proqnozlaşdırılır. Eyni zamanda yeni normativlərlə tikilən binaların da yüksək xərclər səbəbilə ucuz olmayacağı və nəticədə bütün seqmentlərdə qiymət artımının müşahidə ediləcəyi ehtimal olunur",- deyə ekspert qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri