Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Yeni qurulan Ağdamdan dünyaya verilən mesajlar

Yeni qurulan Ağdamdan dünyaya verilən mesajlar

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan Prezidenti İlham Əliyev ənənəyə sadiq qalaraq öz ad günündə yenə də azad olunmuş ərazilərə səfər etdi. Dövlət başçısı dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən sakinlərlə görüşərək onlara evlərin açarlarını təqdim edib.

Xatırladaq ki, dövlət başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.

Prezident İlham Əliyev sakinlərlə görüşündə çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı talançılıq siyasətindən danışaraq bir sıra mühüm mesajlar verib.

Məlumdur ki, 30 il ərzində ermənilər işğal altındakı torpaqlarımızı viran qoyub, bütün tikililəri, infrastrukturu dağıdıb. Ən çox dağıntılara məruz qalan regionlarımızdan biri məhz Ağdam olub. Ermənilər Ağdamı yerlə-yeksan edib, bir tikilini belə salamat qoymayıblar. Dövlət başçısı 2020-ci il 20 dekabrda MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında çıxışı zamanı deyib ki, Ağdam şəhəri yoxdur. O dağıdılıb: "Ağdam şəhərindən yarımdağıdılmış məscid qalıb. Biz maraqlananda ki, bəs onu niyə digər məscidlər kimi dağıtmayıblar, bizə deyildi ki, bu, özünəməxsus oriyentir olub. Yəni Azərbaycan Ordusu bu istiqamətdə hücum edərsə, artilleriyanın vurmağına dəqiq oriyentirlər vermək üçün olub".

Dövlət başçısının bu açıqlaması ermənilərin Ağdamı hansı vəziyyətə salmasını tam şəkildə təsvir edirdi. Bəli, işğal dövründə Ağdam urbisidə məruz qalıb. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, Azərbaycana qarşı olan düşmənçiliyin bariz nümunəsi idi.

Prezident öz çıxışında məqsədin tam aydın olduğunu deyib: "Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır. Əminəm, bütün xalqımız, o cümlədən keçmiş köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək.".

Azərbaycan tarixi ədaləti beş il əvvəl öz gücünə bərpa etdi. Keçmiş münaqişənin həlli ilə məşğul olmaq öhdəliyi daşıyan beynəlxalq strukturlar ötən 30 ildə nəinki öz vəzifələrini yerinə yetirdilər, əksinə, işğalçıya dəstək verməklə, münaqişəni dondurmağa çalışmaqla əvvəlki status-kvonu saxlamağa cəhd edirdilər. Onlar Azərbaycanın haqq səsini eşitmək, həqiqətlərini görmək istəmirdilər. Bakı isə dəfələrlə bəyan edirdi ki, sülh danışıqları nəticə verməsə, digər varinatlar istisna deyil.

Prezident sakinlərlə görüşdə bu məqama da diqqət çəkərək deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan, hər halda beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar başqa fikirdə idi: "Onlar Ermənistan dövləti ilə, işğalçı, talançı dövlətlə həmrəy idilər. Xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz və antiazərbaycan fəaliyyətini qeyd etmək istərdim. Bu qrup 1992-ci ildə yaradılmışdır və o vaxt bizim torpaqlarımızın işğal altına düşməsinin birinci mərhələsi idi. Bu qrupun və onun həmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, əksinə, bu işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini isə işğalla barışdırmaq idi. Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə isə Azərbaycan idi. Bax, bu 17 il ərzində keçirdiyim saysız-hesabsız görüşlərin nəticəsi budur. Hesab edirdilər ki, buna nail olacaqlar. Hesab edirdilər ki, bizi inandırmağa nail olacaqlar ki, biz öz əzəli torpaqlarımızdan əl çəkək. Ancaq yenə də Ermənistan dövləti kimi səhv etdilər. Mən işğal dövründə dəfələrlə demişdim ki, xalqımız və dövlətimiz heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarını qaytaracaq".

2016-cı il Aprel döyüşlərindən sonra Ermənistana ixracı qadağan olunan "İskəndər M" raketlərinin verilməsi, müharibə dövründə həmin raketlə Şuşanın vurulması

İşğal dövründə Ermənistan təkcə siyasi dəstək göstərilmirdi, həm də hərbi, iqtisadi maliyyə dəstəyi göstərilirdi ki, bu da İrəvanı işğalı davam etdirməyə şirnikləndirirdi. Ermənistana İkinci Qarabağ müharibəsində bəzi güclər tərəfindən hərtərəfli dəstək verildi.  44 günlük müharibə dövründə Ermənistanın silahlandırılması, təyyarələrlə, İran ərazisindən Ermənistana silah-sursat göndərilməsi davam edirdi.

Dövlət başçısı bildirib ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır: "Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən "İsgəndər M" ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki "İsgəndər M" raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan "İsgəndər E", yəni eksport növüdür. "İsgəndər M" raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı. Hər il Amerikada, Fransada marafonlar keçirilirdi. Separatçılar, separatçı liderlər, - hansılar ki, bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər, - oraya vizalar alırdılar. Necə ola bilər? Minsk qrupunun həmsədr ölkələrinə separatçılar necə gedə bilərdilər? Axı digər separatçı ərazilər də var. Onlara Amerikaya, yaxud da ki, Fransaya kimsə viza verə bilər? Gedin, baxın, bu gün nə qədər separatçı inzibati ərazi var?! Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri viza verə bilər? Yox. Amma erməni separatçılarına niyə vizalar verilirdi? Yəni dediyim sözün bir təsdiqi də budur. Onlar telemarafonlar keçirirdi, 100 milyonlarla dollar pul yığırdılar. Onlara gizli mənbələrdən də pul ötürülürdü, bir məqsədlə ki, bu torpaqları əbədi işğal altında saxlasın, Azərbaycan xalqına divan tutsun, bu şəhər və kəndləri daim nəzarət altında saxlasın. Bax, görün biz kimlərlə kəllə-kəllə getmişik. Biz görün Ermənistana olan hansı dəstəyin fonunda İkinci Qarabağ müharibəsində Qələbə qazanmışıq. Yəni, ona görə bütün bunlar, necə deyərlər, həm düzgün çatdırılmalıdır, həm də bizim təhsil müəssisələrimizdə, ictimai məkanda dəqiq təqdim edilməlidir, yəni bu unudulmamalıdır və biz də heç vaxt unutmamalıyıq".

Ermənistan işğal dövründə Azərbaycanın təbii sərvətlərini də talan etdi. Meşələri kütləvi məhv etdi, qızıl və digər yataqlar, mineral mədənlər talan olundu. Gələcəkdə bu ərazilərdə yaşayışa imkan verməmək üçün torpaqlarımız kütləvi şəkildə minalandı. Azərbaycan bu gün həm bərpa-quruculuq işləri ilə məşğul olur, həm də ərazilərin minalardan təmizlənməsini həyata keçirir.

Təəssüf ki, postmüharibə dövründə də Ermənistan antiazərbaycan fəaliyyətini davam etdirir. Hazırda Ermənistanın və xaricdəki ermənipərəst dairələr, siyasətçilər Azərbaycana qarşı fəaliyyət göstərməkdə davam edirlər. Azərbaycanda məhkəməsi gedən müharibə cinayətkarlarının əsir kimi qələmə verilməsi və onların azadlığa buraxılmasının tələb olunması da qərəzli münasibəti göstərir, sülh prosesinə mane olmaq istəyindən irəli gəlir.

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan beş il əvvəl 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad edərək böyük Zəfər əldə etdi. Daha sonra isə bir günlük antiterror əməliyyatları ilə Qarabağdakı separatçı rejimin varlığına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi: "Bununla da regionda yeni reallıqlar yarandı. Bu, məsələnin bir tərəfidir, digər tərəfdən isə təbii ki, 30 ilə yaxın müddət ərzində işğal altındakı ərazilərimizi yenidən qurmğa başladıq, genişmiqyaslı və sürətli bərpa-quruculuq işlərinə start verildi. Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra çox acınacaqlı və dəhşətli bir mənzərə ilə qarşı-qarşıya qaldıq. Faktiki olaraq düşmən 30 il ərzində bütün infrastrukturu sıradan çıxarmış, yaşayış evləri, inzibati binalar, hətta məzarlıqlar, yəni ərazidə nə varsa, hamısı yerlə-yeksan edilmişdir. Azərbaycan dövləti beş il ərzində azad edilmiş ərazilərdə misli görünməmiş işlər həyata keçirib. Üç böyük beynəlxalq əhəmiyyətli hava limanı istifadəyə verilib, Füzuli, Zəngəzur, eləcə də Laçında, yollar çəkilib, dəmir yolları xətləri bərpa olunmaqdadır, insanlarımız öz yurd-yuvasına qayıdır. Böyük Qayıdış proqramı həyata keçirilir. Artıq 10 minlərlə sakin öz doğma el-obasına qayıdıb. Bu proses çox uğurla davam edir".

Deputat deyib ki, Prezident mütəmadi olaraq azad edilmiş ərazilərdə yeni infrastruktur layihələrinin həm təməlqoyma mərasimlərində, həm açılışlarında şəxsən iştirak edir: "Dövlət başçısı davamlı olaraq Qarabağa və Şərqi Zəngəzura səfərlər edir.

Eyni zamanda, Prezident bayram günlərində, ad günündə azad olunmuş ərazilərə səfərlər edir, insanlarla görüşüb, onlara mənzillərinin açarlarını şəxsən təqdim edir. Dekabrın 24-də dövlət başçısı ad gününü növbəti dəfə Ağdama geri qayıdan vətəndaşlarla birgə keçirdi, onlara evlərinin açarlarını təqdim etdi. Prezident İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban Əliyeva bu proseslərdə mütəmadi olaraq şxsən iştirak edirlər. Prezident hər dəfə sakinlər qarşısındakı çıxışında faktiki olaraq çox ciddi mesajlar verir. Bu mesajlar həm dostlarımıza, həm düşmənlərimizə ünvanlanır. Ermənistan tərəfə mütəmadi olaraq ciddi mesajlar verilir ki, onların 30 il ərzində darmadağın etdikləri ərazilərimiz yenidən qurulur, bərpa edilir. Bütün dünyaya bu mesajlar verilir. Təəssüflər olsun ki, dünyanın müəyyən bir qismi, bəzi beynəlxalq təsisatlar, Avropa İttifaqı başda olmaqla bütün bunları görməzdən gəlirlər. Azərbaycan torpaqları 30 il ərzində işğal altında olanda səslərini çıxarmayan, faktiki olaraq işğala rəvac verən, işğalçıya dəstək göstərən həmin qurumlar bu gün Azərbaycanın üzərinə gəlməyə qalxırlar və cənab Prezidentin verdiyi mesajlar əslində ən çox da elə onlara ünvanlanıbdır ki, biz öz gücümüzə beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirmişik. Biz bu yolda dayanmadan irəliləyirik. Və heç kim bu proseslərin qarşısını ala bilməz. Bu gün Azərbaycan regionun əsas lider ölkəsidir. Bundan narahat olan qüvvələr var, cənab Prezidentin mesajı həm də onlara yönəlibdir ki, Azərbaycanın inkişafından, möhkəmlənməsindən, bütövlükdə Türk dünyasının güclənməsindən narahat olan qüvvələr qoy narahat olmaqda davam etsinlər. Biz öz yolumuzla gedirik, ədaləti, haqqı bərpa etmişik. Bu baxımdan təbii ki, Azərbaycanın həm iqtisadiyyatı güclənməkdə davam edir, infrastruktur layihələri həyata keçirilir. Kommunikasiya qovşaqları genişlənir. Azərbaycanın əhəmiyyəti bir qədər də artır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Dekabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see334

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see198

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see197

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see168

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see167

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see164

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see154

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see151

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see149

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see148

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see146

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see142

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see139

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see139

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see138

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see137

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see137

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri