Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Ağdamdan ünvanlanan mesajlar Ermənistan rəhbərliyi tərəfindən düzgün dəyərləndirilməlidir

Ağdamdan ünvanlanan mesajlar Ermənistan rəhbərliyi tərəfindən düzgün dəyərləndirilməlidir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Prezident İlham Əliyevin hər il doğum gününü işğaldan azad edilmiş Qarabağda - öz doğma yurdlarına qayıdan soydaşlarımızın arasında qeyd etməsi artıq ənənə halını alıb. Bu ənənə hələ Böyük Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsindən öncəki illərdən gəlir. Təcavüzkar Ermənistanın işğalçı siyasətinin davam etdiyi həmin illərdə dövlətimizin başçısı hər dəfə doğum günündə mütləq məcburi köçkünlərə baş çəkər, onlarla həmsöhbət olar, yurd həsrətilə yaşayan insanlarımıza mənəvi dəstək olmağa çalışardı. Bu gün isə artıq Qarabağda geosiyasi reallıq da, hərbi gerçəklik də, xalqımızın və dövlətimizin mənəvi-psixoloji ovqatı, durumu da kökündən dəyişib. İndi Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlətdir, İlham Əliyev 200 illik davamlı torpaq itkilərinə son qoymuş qalib lider və müzəffər sərkərdədir, xalqımız isə həm savaş, həm də quruculuq ruhunu bir daha bütün dünyaya nümayiş etdirən qalib xalqdır.
Bu mənada Cənab Prezidentin tarixi Zəfərimizin beşinci ildönümündə ad gününü işğaldan azad edilmiş Xankəndi və Ağdamda qeyd etməsi həm qalibiyyətimizin göstəricisi, həm də dövlətçiliyimizin təntənəsidir. Dövlətimizin başçısının bu addımı növbəti dəfə xalq–lider birliyinin əyani təcəssümünə çevrildi. Eyni zamanda, bütün dünya ictimaiyyətinə də bir daha açıq mesaj verildi ki, Azərbaycan dövləti və xalqı işğaldan azad etdiyi torpaqlarda geniş miqyaslı quruculuq işləri ilə erməni vandalizminin ağır nəticələrini aradan qaldırır, sülh və inkişafa yol açır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurun bütün istiqamətlərində olduğu kimi Xankəndi və Ağdamda da həyata keçirilən bərpa-quruculuq işləri və Böyük Qayıdışın uğurla davam etdirilməsi Azərbaycan xalqının bu ərazilərin gerçək sahibi olduğunu nümayiş etdirməklə bərabər, həm də bu bölgənin ölkəmizin vahid sosial-iqtisadi və mədəni məkanına yenidən inteqrasiya olunmasını təmin edir. Cənab Prezidentin isə doğum gününü Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə və Ağdam şəhərinə köçən sakinlərin əhatəsində qeyd etməsi, həmçinin yeni obyektlərin təməlqoyma mərasimlərində və açılışlarında iştirak etməsi dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlərin öz doğma yurdlarına qayıdan soydaşlarımızın rifahına yönəldiyini göstərir. Beləliklə, tarixi ədalətin bərpası və Böyük Qayıdış çərçivəsində gələcəyə yönəlik strateji hədəflər Qələbədən sonrakı dövr üçün "yol xəritəmiz"ə çevrilir, postmüharibə dövrünün, quruculuq mərhələsinin fəlsəfəsini ortaya qoyur.
Dekabrın 24-də Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılış mərasimində çıxış edərkən bölgədə davamlı inkişafın təmin olunması, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi və Ağdamın yenidən qurulması istiqamətində görülən işlərdən danışdı və onu da vurğuladı ki, işğal dövründə Ağdam erməni vandalları tərəfindən tammiqyaslı urbisidə məruz qalıb və işğalçı tərəfin əsas məqsədi talançılıqla yanaşı, bu ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irsi tamamilə məhv etmək, şəhər və kəndləri yerlə-yeksan edərək həmin torpaqları yaşayış üçün yararsız hala salmaq olub. Bütün bunlar Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi məqsədyönlü düşmənçilik siyasətinin açıq və bariz nümunəsi idi. Lakin Azərbaycan dövlətinin öz ərazilərini işğaldan azad etdikdən sonrakı dövrdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpası və vətəndaşların öz yurdlarına qayıdışı üçün həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri bu gün keçmiş məcburi köçkünlərin burada rahat və əmin-amanlıq şəraitində yaşamalarına tam imkan verir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük infrastruktur layihələrinin nəticəsində hazırda Qarabağ dirçəliş və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Qarabağ başdan-başa qızğın iş və quruculuq meydanıdır. Erməni vandalizminin məhv etdiyi şəhərlər indi Azərbaycan dövlətinin iradəsi ilə yenidən qurulur. Bunu konkret olaraq Ağdam şəhərinin timsalında da əyani görmək mümkündür. 2021-ci ildə Ağdama səfərim zamanı gördüyüm tükürpərdən işğal dövrünün ağır mənzərələri indi qayıdışın və dirçəlişin parlaq görüntüləri ilə əvəzlənməkdədir. Bir zamanlar "ruhlar şəhəri"nə, "Cənubi Qafqazın Xirosiması"na çevrilmiş Ağdamı bu gün qalib və güclü Azərbaycan dövləti büsbütün yenidən qurur. Qorxunc xarabalıqların arasından yeni bir şəhər boy atır, yeni bir həyat canlanır. Ağdam şəhəri dirçəlişin və qayıdışın rəmzinə çevrilir.
Prezident İlham Əliyev də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında çıxışı zamanı vurğuladı ki, uzun illər köçkün həyatını yaşamış insanlar üçün bu gün Ağdam şəhərində və işğaldan azad edilmiş bütün başqa ərazilərdə yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr salınır və artıq “Böyük Qayıdış” Proqramının əyani təzahürlərini hər kəs görə bilir. Şübhəsiz ki, Qarabağın və Şərqi Zəngəzurun genişmiqyaslı bərpasında əsas prinsip müasir standartlara uyğun məntəqələrin qurulması ilə keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. İşğaldan azad edilmiş şəhər və kəndlərimizdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir. Eyni zamanda, məşğulluğun təmin olunması üçün sənaye parkları, müxtəlif istehsal müəssisələri, xidmət sahələri yaradılır. Bütün bu kompleks tədbirlər Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafına xidmət edir.
Bu kontekstdə Cənab Prezidentin Ağdamdakı çıxışı həm bu gün Qarabağda görülən işlər haqqında əyani təsəvvürün yaradılmasına, həm də gələcək hədəflərimizin müəyyən olunmasına hesablanmışdı. Gələcək hədəflərimizin ən başda gələn təməl prinsipi isə budur ki, qalib xalq və dövlət kimi biz bundan sonra daim güclü olmalıyıq. Bu məqamı Cənab Prezident də öz çıxışında xüsusi olaraq vurğuladı: "Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik".
Dövlətimizin başçısı, həmçinin öz çıxışında indi Ermənistanla Azərbaycan arasında sülh prosesinin getdiyini və məhz bizim bu sülh prosesinin təşəbbüskarı olduğumuzu, birinci təklifi bizim verdiyimizi, sülh müqaviləsinin mətninin müəllifliyinin də bizə məxsus olduğunu vurğulamaqla yanaşı, bir məqamı da xüsusi olaraq qeyd etdi ki, biz heç vaxt şirin sözlərə uymamalıyıq və işğal dövrünü unutmamalıyıq, Xocalı qurbanlarını, şəhidlərimizi heç vaxt unutmamalıyıq: "Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik. Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq".
Azərbaycan bir qalib dövlət kimi Ermənistanı sülhə məcburetmə kursunu bundan sonra da davam etdirəcək. Eyni zamanda, Azərbaycan dövləti işğaldan azad etdiyi torpaqlarının bərpasını həyata keçirməklə yanaşı, həm də dayanıqlı regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün hərbi gücünü artırmağa da davam edəcək. Bu gün Ermənistanı yenidən öz təsir dairəsinə salmağa çalışan geosiyasi güclər də bunu bilməlidirlər ki, qalib Azərbaycan Ordusu hər an istənilən revanş cəhdinin və eskalasiyanın qarşısını almağa qadirdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik. Cənubi Qafqazı hədəfdə saxlayan güclər və Ermənistan rəhbərliyi Ağdamdan ünvanlanan bu mesajları düzgün dəyərləndirməlidirlər.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Dekabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri