Icma.az
close
up
RU
Yeni reallıqlar böyük perspektivlər vəd edir

Yeni reallıqlar böyük perspektivlər vəd edir

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin birliyi Azərbaycanın xarici siyasətinində mühüm prioritet məsələlərdən biridir. Tarixin müxtəlif çağlarında ölkəmizin türkdilli dövlətlərlə iqtisadi, siyasi, humanitar, həmçinin digər sahələr üzrə əməkdaşlıq əlaqələri bu gün də uğurla davam edir. Müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin bu dövlətlər ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.

Azərbaycanın türk dilli dövlətlərlə, o cümlədən Qazaxıstanla əməkdaşlığı müasir dövrümüzdə yeni mərhələyə qədəm qoyub, yüksələn xətt üzrə inkişaf etməkdədir. Azərbaycanın Qazaxıstanla münasibətləri həm ikitərəfli dövlətlərarası münasibətlər zəminində, həm beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də uğurla inkişaf edir, iqtisadi əlaqələr dərinləşir. Beynəlxalq arenada da ölkələrimiz bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.
Dövlətimizin başçısı İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
İki dost ölkə arasında 20 il əvvəl Azərbaycan-Qazaxıstan əməkdaşlığının inkişafının etibarlı təməlini qoyan strateji Müqavilə imzalanıb. Bu illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında təqribən 170 sənəd işləyib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb.
Artıq Azərbaycan Qazaxıstan ilə fəal şəkildə investisiya layihələri həyata keçirir. Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan arasında qarşılıqlı əlaqələri 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra daha da inkişaf edib. Ölkəmizin regionda nəqliyyat-logistika imkanlarının genişlənməsi, Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirilməsi diqqətləri Azərbaycana yönəldir. Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. İki ölkə arasında qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. Belə ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.
Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibədə söylədiyi fikirlər bir daha onu təsdiq edir ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr böyük perspektivlər vəd edir.

Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri