Yeni rüsumlar qüvvəyə MİNİR 15 manat TƏLƏB OLUNACAQ
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.
Turkustan.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihədə aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:
- Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi - 15 manat
- Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi - 15 manat
- Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi - 10 manat
- Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi - 10 manat
- Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi - 10 manat
- Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi - 10 manat
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub./Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 01 May 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















