Icma.az
close
up
RU
Yeni rütbə alan diplomatlarımız kimlərdir? DOSYE KONKRET

Yeni rütbə alan diplomatlarımız kimlərdir? DOSYE KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

KONKRET.az musavat.com-a istinadla yeni diplomatik rütbələr verilən şəxslərin dosyelərini təqdim edir:

Fövqəladə və səlahiyyətli səfir rütbəsi verilən Samir Şərifov xarici işlər nazirinin müavinidir. O, diplomatik fəaliyyətə 2000-ci illərdə başlayıb, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müxtəlif strukturlarında çalışıb.

Samir Şərifov

2018-2021-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin müşavir-elçisi vəzifəsində; 2021-2023-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2017-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamı ilə S. Şərifova “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.

Yalçın Rəfiyev

Fövqəladə və səlahiyyətli səfir rütbəsi verilən Yalçın Rəfiyev də xarici işlər nazirinin müavinidir. O, diplomatik fəaliyyətə 2007-ci ildə başlayıb. 2018-ci ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini; 2019-cu il sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub. Y.Rəfiyev eyni zamanda COP29-un baş danışıqçısı olub. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2021-ci il tarixli sərəncamı ilə Y. Rəfiyevə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” rütbəsi verilib. 9 iyul 2019-cu il tarixində Diplomatik xidmət orqanlarındakı fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Diplomatik xidmətdə fərqlənmə” medalı ilə təltif olunub.

Sultan Hacıyev

Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilən Sultan Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomatımız həmçinin, Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndədir.

Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilən digər diplomatımız Ruslan Nəsibov isə Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsidir.

Ruslan Nəsibov

Prezidentin sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilən Samir Becanov Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisidir. S. Becanov həm də COP29 baş danışıqçısının müavini olub.

Samir Becanov

Anar Nəcəfli

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilən digər diplomat Anar Nəcəfli isə Xarici İşlər Nazirliyində Protokol idarəsinin rəisidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 İyul 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri