Icma.az
close
up
RU
Yeni sədr müavinləri kimdir? DOSYE

Yeni sədr müavinləri kimdir? DOSYE

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin imzaladığı əmrlərlə Məmmədov Fuad Hüseynağa oğlu və Paşayev Hüseyn Ələsgər oğlu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədrinin müavini təyin ediliblər.

AZXEBER.COM-un "Unikal"a istinadən məlumatına görə, Fuad Məmmədov 1985-ci ildə Bakı şəhərində anadan olub. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb, daha sonra eyni universitetin "Dövlət strukturlarında idarəetmə” ixtisası üzrə magistr pilləsindən məzun olub.

Əmək fəaliyyətinə 2008-ci ildə "Grandmart” MMC-də mütəxəssis olaraq başlayıb. 2010-2016-ci illərdə "Azərsun Holdinq” MMC və "İntersun Menecment Kompani” MMC-də müxtəlif vəzifələrdə çalışıb. 2016-2020-ci illər ərzində "Sunfood” MMC-də əvvəlcə şöbə müdiri, daha sonra departament müdiri vəzifələrinə təyin olunub. 2020-2023-cü illərdə "Veysəloğlu” MMC və "Mares” MMC-də departament müdiri vəzifəsində işləyib. 2023-cü ildə "Solver” MMC-də icraçı direktor vəzifəsinə təyin edilib. 2023-cü ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Hüseyn Paşayev 1973-cü ildə Tovuz rayonunda anadan olub. 1990-1995-ci illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis-iqtisadiyyatçı ixtisası üzrə ali təhsil alıb. 1995-2002-ci illər ərzində özəl sektorda satış, biznesin inkişafı və marketinq meneceri olaraq çalışıb.

2002-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinin Katibliyində çalışıb, 2006-cı ildə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentində direktor müavini vəzifəsinə təyin edilib. 2007-2015-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 2015-2018-ci illər ərzində "Azərbaycan İnvestisiya Şirkəti” ASC-də icraçı direktorun müavini vəzifəsində işləyib. 2018-2020-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müxtəlif idarələrində rəis olaraq çalışıb. 2020-ci ilin iyul ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru vəzifəsində çalışırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Avqust 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri