Icma.az
close
up
RU
Yeni sosial paket rifahı daha da yaxşılaşdıracaq

Yeni sosial paket rifahı daha da yaxşılaşdıracaq

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Sosial sahədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018-2025-ci illərdə ölkəmizdə beş böyük sosial islahat paketi həyata keçirilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib. Nazir qeyd edib ki, islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib. Nəticədə həmin dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.

Son 5 ildə əməkhaqqı fondu 2,9 dəfə artıb

A.Əliyev qeyd edib ki, əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4 faiz artıb və bu artımın 90 faizi özəl sektorun payına düşüb. Qeyd olunan müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artıb. Şəhid ailələri və müharibə əlillərinin sosial müadifəsi və məşğulluğu ilə bağlı tədbirlər gücləndirilib, Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyadan olan 131 min şəxsə, ümumilikdə, 380 minə yaxın sosial xidmət göstərilib, şəhid ailələrinin və müharibə əlillərinin müavinət və təqaüdləri orta hesabla 2 dəfəyədək artırılıb. Son beş ildə onlara 6800 mənzil və müharibə əlillərinə isə 567 avtomobil verilib. 26,2 min nəfərin məşğulluğu təmin olunub, o cümlədən 12,4 min nəfər özünüməşğulluq proqramına, 1070 nəfər isə peşə hazırlığına cəlb edilib. 11 min nəfərə 77 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Ölkəmizin iqtisadi imkanlarının artması nəticəsində vətəndaşların sosialyönümlü rifahının yaxşılaşdırılması yönündə davamlı addımlar atılır, əlavə sosial rifah tədbirləri icra olunur. Bu siyasətin davamı kimi 2025-ci ildə minimum əməkhaqqı 14 faiz artırılıb, Vahid Tarif Cədvəli (VTC) üzrə orta əməkhaqqı sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində 800 min vətəndaşın sosial həyatına müsbət təsir edib. Həmçinin 1,2 milyondan artıq əmək pensiyaçısının təqaüdlərinin artırılması təmin edilib. Eyni zamanda, ünvanlı sosial yardımın və minimum pensiya məbləğləri də artırılıb. Bir sıra sahələrdə çalışan dövlət orqanı əməkdaşlarının maaşlarının artımı gerçəkləşib.

Digər sosial ödənişlər də artırılır

Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da nəzərdə tutulur. Belə ki, dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təklifləri yekunlaşdırıb. Həmin təkilflər paketi əsasında bütün sahələr üzrə müavinət və təqaüdlərin artımı təmin olunacaq. Ümumilikdə, cari ildə reallaşdırılan 5-ci sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub və həmin artımlar 3 milyon vətəndaşı əhatə edəcək.

Sosial paketin icrası üçün tələb olunan maliyyə vəsaitləri də tam dayanıqlıdır və ilin sonuna qədər yığım mənbələrində gözlənilən artımlar bütün sosial xərcləri tamhəcmdə icra etməyə imkan verəcək. Cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,7 milyard manatı ötüb ki, bu da proqnozdan 171,3 milyon manat (1,8 faiz) çoxdur. İlk 3 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox gəlirlərin yığımı icra edilib. Bu, cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizi deməkdir.  Büdcə gəlirlərinində qeydə alınan artımlar xərclərin tam şəkildə icrasını tam təmin edir. Belə ki, ilk 3 ayda təkcə sosialyönlü xərclərə (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) 3 milyard 755 milyon manat məbləğində vəsait sərf edilib. İcmal büdcədə  isə 1,7 milyard manata yaxın profisit yaranıb. Bu o deməkdir ki, cari ilin fiskal yığımları büdcədəki bütün xərc istiqamətlərinin, ələxsus da sosial paket üzrə əlavə xərclərin tam həcmdə və hətta artıqlması ilə yerinə yetiriləcəyinə təminat yaradır.

Beləliklə, 2025-ci ildə dövlətin maliyyə imkanlarının artması sayəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması mümkün olacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 May 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri