Moskva Dehli ilə RAZILIĞA GƏLDİ Minlərlə hindistanlı Rusiyaya AXIN EDƏCƏK
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya və Hindistan ölkədə çalışan hindistanlı işçilərin hüquqlarını qorumağa yönəlmiş yeni saziş imzalamağa hazırlaşır.
Bizim.Media “The Economic Times” nəşrinə istinadən xəbər verir ki, sənədin dekabr ayında Nyu-Dehlidə keçiriləcək illik ikitərəfli sammit çərçivəsində təsdiqlənməsi planlaşdırılır.
Mənbələrin bildirdiyinə görə, bu saziş Rusiyada çalışan hindistanlıların sayının artmasına təkan verəcək.
Hazırda hindistanlı miqrantlar əsasən tikinti və tekstil sənayesində fəaliyyət göstərirlər. Bununla belə, ekspertlər qeyd edirlər ki, Rusiya bazarında artıq maşınqayırma və elektronika sahələrində ixtisaslı kadrlara da tələbat yüksəlir.
Rusiya Əmək Nazirliyinin müəyyən etdiyi kvotaya əsasən, 2025-ci ilin sonunadək ölkədə 70 mindən çox hindistanlı işçinin çalışacağı gözlənilir.
Mütəxəssislər hesab edirlər ki, sürətlə artan hindistanlı diasporu Moskva ilə Nyu-Dehli arasında strateji tərəfdaşlığın yeni dayaqlarından birinə çevrilə bilər. Bununla paralel olaraq iqtisadi əməkdaşlıq da genişlənir — bu il Hindistan Rusiyadan rekord həcmdə qızıl və almaz idxal edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 10 Noyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















