Yeni süni intellekt modeli çinli rəqiblərə meydan oxuyur
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fransanın süni intellekt şirkəti “Mistral AI” yeni modelini təqdim etməyə hazırlaşır. Şirkət rəhbərliyinin açıqlamalarına görə, model xüsusilə kibertəhlükəsizlik sahəsində yüksək nəticələr göstərərək Çin istehsalı süni intellekt sistemləri ilə rəqabət aparmaq imkanına malikdir.
Yeni texnologiyanın daha mürəkkəb tapşırıqları yerinə yetirmək, məlumatları sürətli təhlil etmək və təhlükəsizlik sahəsində tətbiqləri genişləndirmək məqsədi daşıdığı bildirilir. Şirkət bununla Avropa süni intellekt ekosisteminin qlobal bazardakı mövqeyini gücləndirməyi hədəfləyir.
“Mistral AI”nin yeni modeli süni intellekt sahəsində ABŞ və Çin şirkətləri arasında gedən rəqabət fonunda Avropanın da iddialarını artırdığını göstərir. Yeni sistemin imkanları və real performansı isə təqdimatdan sonra daha geniş şəkildə qiymətləndiriləcək.
S.Rzayeva
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 06 Oktyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















