Icma.az
close
up
RU
Yeni tapılan 52 mumiyanın ikisində qızıl dil aşkar edilib

Yeni tapılan 52 mumiyanın ikisində qızıl dil aşkar edilib

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Misirin Minya əyalətində yerləşən Əl-Bəhnasa arxeoloji sahəsindəki qədim məzarlıqdan 13-ü tamamilə qeyri-adi xüsusiyyətə malik 52 mumiya tapılıb.
Reyting.az
xəbər verir ki, qazıntılar zamanı ispaniyalı arxeoloqlar çox maraqlı faktları üzə çıxarıblar.
Məlumata görə, arxeoloqlar qədim Misir tanrılarına ithaf edilmiş səhnələr və yazılarla bəzədilmiş üç dəfn kamerasına, eləcə də tağlı tavanı olan sərdabəyə rast gəliblər.

Qazıntılar zamanı üzə çıxmış palataların birində tavanın çox dəbdəbəli şəkildə işlənməsi arxeoloqları daha da təəccübləndirib. Həmin palata öz xüsusiyətinə görə digərlərindən rəngli olub. Bu otağın hündür tavanı isə qədim Misirin tanrıları hesab edilən Ra, Atum və Kheprinin olduğu ulduzlar, eyni zamanda müqəddəs gəmilərlə əhatə olunmuş Nut ilahəsinin təsviri ilə bəzədilib.
Elm adamlarının xüsusi marağına səbəb olan əsas iki detal var: iki qızıl dili olan mumiyanın, eləcə də başqa bir mumiyanın dırnaqlarına qızıl lövhələr vurulması ilk dəfə təsadüf edilən hadisə olduğundan alimlər bunların izahını tapmağa çalışırlar.
Tədqiqatçılar hələ də başa düşə bilmirlər ki, bəzi hallarda mərhumun dili nəyə görə çıxarılıb, həmçinin hansı səbəblərdən vəfat edənin dili saf qızıldan hazırlanmış süni dillə əvəz olunub.
Tədqiqatçıların fikrincə, qədim Misir inanclarına görə, qızıl dillərin müqəddəs missiyası olub. Alimlər ehtimal edirlər ki, bu qızıl dil simvolik xarakter daşıyıb, həm də yenidən doğulanların barəsində hökm verən tanrı, həmçinin axirət hamisi hesab edilən Osiris ilə ünsiyyət zamanı mərhum şəxsin ruhuna daim dəstək ola biləcək ən gözəl vasitədir. Digər bir oxşar versiyaya görə isə qədim misirlilər inanırdılar ki, tanrının hüzurunda ölənin ruhunun nitqinə töhfə verəcək, həmçinin bəraət qazandıracaq ən gözəl və qiymətli bəxşiş ancaq qızıl dil ola bilərdi.

Alimlər onu da əlavə ediblər ki, qiymətli tapıntı olan qızıl dil, görünür, mərhumun ruhuna rəhmət diləməsi və daha əlverişli axirət həyatı, cənnət üçün çox dəyərli bir vasitə rolunu oynayır. Üstəlik, həmin dövrlərdə bu cür ali atributları ancaq ən hörmətli şəxslər daşıya bilərdi.
Barselona Universitetinin tədqiqatda iştirak etmiş alimlərinin qızıl dil mövzusunda demək olar, fikir ayrılıqları yoxdur. Tədqiqatçıların fikrincə, belə qızıl dillərə layiq görülən, eyni zamanda digər hazırlıqlarla bərabər dəfn xərcləri güman ki, ailələri tərəfindən maneəsiz şəkildə həll edilmiş hər iki mərhum öz dövründə yüksək məqama, eləcə də böyük sərvətə malik olan Misir zənginləri olublar.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri