Icma.az
close
up
RU
Sertifikatlaşdırmada 52 dəqiqəyə 52 bal TOPLADI

Sertifikatlaşdırmada 52 dəqiqəyə 52 bal TOPLADI

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Bu gündən etibarən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.

İmtahanın başlamasından cəmi bir saat keçməmiş ilk xoş xəbəri eşitdik. Açığı, bu qədər qısa müddətdə imtahanı tamamlayıb zaldan çıxan müəllimlə tanış olmaq istədik. Hətta ilk anda düşündük ki, görəsən, nə üçün bu qədər tez çıxıb?

Məlum oldu ki, imtahanı uğurla başa vuran müəllim Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın müəllimi Günay Məstiyevadır.

Redaktor.az "Azərbaycan Müəllimi"nə istinadla xəbər verir ki, o, sertifikatlaşdırma prosesində ilk dəfə iştirak etsə də, 52 dəqiqə ərzində 52 bal toplayaraq yüksək nəticə göstərib.

“Suallar mənim üçün çətin olmadı. Təbii ki, həyəcan var idi, amma imtahan ümumilikdə yaxşı keçdi. Əsas məqsədim 50-dən yuxarı nəticə göstərmək idi və buna nail oldum”, – deyə müəllim bildirib.

Günay Məstiyevanın sözlərinə görə, sertifikatlaşdırmadan uğurla keçmək onun üçün əməkhaqqı artımından daha vacibdir:

“Əməkhaqqı artımı, əlbəttə ki, önəmlidir. Amma mənim üçün əsas məsələ uğur qazanmaq idi. Çalışdığım gimnaziyada müəllimlərin əksəriyyəti 50-dən yuxarı nəticə göstərib. Həmin kollektivin üzvü olmaq, onların səviyyəsinə uyğun nəticə əldə etmək mənim üçün daha böyük motivasiya idi. Üstəlik, bu il məktəbimi dəyişmişəm və yeni kollektivimə də yüksək nəticə ilə getmək istəyirdim”.

Müəllim imtahana əlavə hazırlıq kurslarına qatılmadan, müstəqil şəkildə hazırlaşıb.

Hazırlıq prosesi zamanı yeni biliklər əldə edib-etmədiyi ilə bağlı suala cavabında isə o bildirib ki, fənn üzrə suallar onun üçün çətinlik yaratmayıb:

“Əsas ixtisasım rus dili və ədəbiyyatıdır. Fənn sualları mənə tamamilə tanış idi. Vaxtımın daha çox hissəsini metodika ilə bağlı suallar aldı. Metodika sualları olmasa, daha da tez çıxa bilərdim. Çünki həmin situasiyaları təsəvvür etmək, özünü sinif mühitində görmək və ən uyğun yanaşmanı seçmək müəyyən qədər vaxt tələb edirdi. Buna baxmayaraq, imtahan mənim üçün uğurlu keçdi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see274

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see193

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see192

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see191

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see183

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see182

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see181

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see180

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see180

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see180

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see179

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see179

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see176

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see175

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see174

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see172

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see171

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see171

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri