Icma.az
close
up
RU
Yeni tədqiqat gələcəkdə görmə qabiliyyətinin bərpasında baza rolunu oynaya bilər

Yeni tədqiqat gələcəkdə görmə qabiliyyətinin bərpasında baza rolunu oynaya bilər

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 aprel, AZƏRTAC

Görmə sistemimizin mürəkkəbliyi və beynin dinamik vizual dünyanı necə emal etdiyi ilə bağlı anlayışımızı genişləndirən yeni bir tədqiqat film izləmə təcrübəsinin neyron səviyyəsində necə “simfoniya”ya çevrildiyini göstərir. Ludvig-Maximilians-Universitet (LMU) München universitetindən nevroloqların “Neuron” jurnalında dərc olunmuş araşdırması vizual məlumatların emalında sinxron neyron fəaliyyətinin rolunu ortaya qoyur.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda LMU-nun Sistemli Neyroelmlər Məktəbinin tələbəsi Lukas Meyerolbersleben və biologiya fakültəsindən professorlar Laura Busse və Anton Sirota bir araya gələrək təbii video axınının beyində necə emal olunduğunu analiz ediblər. Alimlər Allen İnstitutunun (ABŞ) geniş açıq mənbəli neyroloji verilənlər bazasından və böyükhəcmli məlumat analizindən istifadə edərək vizual stimulların – məsələn, parlaqlıq və kontrast kimi xüsusiyyətlərin – gözün görmə sahəsindəki lokal nöqtələrə uyğun şəkildə fərqli neyron dövrlərində spesifik salınım (rəqs) fəaliyyətləri yaratdığını aşkarlayıblar.

Professor L.Busse nin sözlərinə görə, artıq 1960-cı illərdən – Hubel və Vizelin Nobel mükafatlı işlərindən bəri məlumdur ki, görmə qabığının xüsusi modullarındakı neyronlar vizual stimulların izolyasiya olunmuş xüsusiyyətlərinə cavab verir. Bununla belə, beynin təbii video axınını necə vahid bir qavrayışa çevirdiyi hələ də tam anlaşılmayıb.

Yeni araşdırmanın nəticələri göstərir ki, minlərlə neyronun bir-biri ilə koordinasiyalı şəkildə “oynadığı” bu neyron salınım simfoniyası, beyində kompleks vizual qavrayışın yaranmasına səbəb olan talamo-kortikal dövrələrin tezlik, yer və təbəqə baxımından sinxron fəaliyyətinə əsaslanır. Bu simfoniya beyinə yalnız məlumat emal etməyə deyil, həm də əlaqəli və tutarlı vizual dünya yaratmağa imkan verir. Professor Anton Sirota qeyd edir ki, bu tədqiqat təbii görməni başa düşmək yolunda irəliyə doğru böyük bir addımdır. Professor L.Busse isə əlavə edir ki, bu nəticələr gələcəkdə birbaşa beyindən vizual axının oxunması və ya görmə qabiliyyətinin neyroprotezlərlə bərpası kimi beyin-kompüter interfeyslərinin inkişafı üçün əsas baza rolunu oynaya bilər. Bu iş vizual emalın neyron səviyyəsində orkestrləşdirilməsini daha dərindən anlamaqla sinir elmlərində yeni tədqiqat istiqamətlərinə yol açır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 04:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri