Icma.az
close
up
RU
Yeni təhsil modeli gəlir: Azərbaycan dili dərsləri artırılır

Yeni təhsil modeli gəlir: Azərbaycan dili dərsləri artırılır

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Əmrah Həsənli: “Şagirdlər yüklənməyəcək, tədrisin keyfiyyəti yüksələcək!”

“Zəif müəllimlər sistemdən təmizlənəcək”

"Azərbaycan dilinin fənn kimi tədrisində mühüm məsələlər özünü əks etdirir".

Bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, Azərbaycan dilinin müasir məzmunda çatdırılması ilə bağlı vacib istiqamətlər var: “Əsas məqsəd dilin tədrisinin düzgün şəkildə çatdırılmasıdır. Sözsüz burada da şagirdlərin yüklənməsinin qarşısının alınması üçün də alətlər mövcuddur. Çünki biz 6 yaşlı uşaqdan Azərbaycan dilində daha yaxşı danışmaq və oxumağı tələb edə bilmərik. Buna baxmayaraq, nazirlik olaraq biz dilin tədrisinin daha da genişlənməsi üçün dərs saatlarının artırılması ilə bağlı proqramlar müəyyənləşdirmişik”.

Nazir bildirib ki, dilin tədrisi ilə bağlı bütün məsuliyyət müəllimin üzərinə düşür: “Nazirlik tərəfindən sertifikasiyaların həyata keçirilməsi nəticəsində öz ixtisasını bilməyənlərin əmək müqaviləsinə xitam verilib. Çünki bu gün ibtidai sinif müəllimi həm də Azərbaycan dilini tədris edir. Ona görə də dillə bağlı tədrisə daha çox önəm verilir”.

Nazirin sözlərinə görə, müəllimlərlə bağlı son illərdə keçirilən sertifikatlaşdırmada təxminən 8 minə yaxın müəllimin öz peşəsinə uyğun olmadığı müəyyən edilərək müqavilələrinə xitam verilib: "Onlardan 5 minə yaxını ibtidai sinif, 1000 nəfərə qədəri isə Azərbaycan dili müəllimləri idi. Müəllimin özünün səriştəli olmağı minimal zəruri şərtdir. Bünövrə ibtidai təhsildə qoyulur. Düzgün qoyulmadıqda növbəti mərhələlərdə həmin təhsilalanda bacarıqların inkişafında problemlər olur”.

Qeyd edək ki, ibtidai təhsil məktəblinin inkişafının ən həssas və əsas mərhələsi olmaqla, bütün təhsil sisteminin keyfiyyətini müəyyən edən strateji başlanğıc rolunu oynayır. Təhsilin sonrakı səviyyələri məhz bu baza üzərində qurulur. Təcrübə göstərir ki, ibtidai təhsil səviyyəsində keyfiyyət təmin edilmədikdə şagirdlərin yuxarı siniflərdə akademik uğuru zəifləyir, öyrənmə və dərketmədə çətinlikləri yaranır, motivasiya çatışmazlığı baş verir. Bu səbəbdən də ibtidai təhsilin keyfiyyəti yalnız bu səviyyə üçün deyil, ümumiyyətlə, şagirdlərin təhsilin bütün pillə və səviyyələrində akademik uğurlarının və ömürboyu öyrənmə bacarıqlarının formalaşmasının vacib şərti hesab olunur.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan dilinin tədrisi ilə bağlı hazırda aparılan müzakirələrin əsas mahiyyəti, dilin müasir məzmunda, sistemli və uşaqların inkişaf mərhələlərinə uyğun şəkildə öyrədilməsinə nail olmaqdır:

“Nazirliyin bu istiqamətdə ortaya qoyduğu yanaşmanın mərkəzində iki mühüm prinsip dayanır: birincisi, dövlət dili kimi Azərbaycan dilinin tədrisinin məzmun baxımından zənginləşdirilməsi, ikincisi isə tədris prosesinin şagirdin yaş və psixoloji xüsusiyyətlərinə uyğun optimallaşdırılmasıdır. Bu gün dərs saatlarının artırılması ideyası, əsasən, dil bacarıqlarının – oxu, yazı, nitq və anlama kompetensiyalarının daha çevik və sistemli şəkildə formalaşdırılmasına xidmət edir. Çünki dil fənni məhz təhsilin bütün mərhələlərində baza funksiyasını daşıyır və digər fənlərin mənimsənilməsinə birbaşa təsir göstərir. Lakin bu yanaşmada əsas məqsəd şagirdlərin yüklənməsi deyil, təlimin keyfiyyətinin yüksəldilməsidir. Ona görə də dərs saatlarının artırılması ilə paralel olaraq kurikulumda müəyyən yüngülləşdirmələr edilməsi, yaş xüsusiyyətlərinə uyğun sadələşdirilmiş metodikaların tətbiqi və tədrisin mərhələli şəkildə təşkil olunması nəzərdə tutulur. Yəni burada yük artırılmır, əksinə, mövcud vaxt daha məqsədyönlü və funksional şəkildə bölüşdürülür”.

Əmrah Həsənlinin sözlərinə görə, bu prosesin ən vacib komponenti zəncirin məhz müəllim həlqəsidir:

“Dilin tədrisi ilə bağlı bütün məsuliyyətin müəllimin üzərində olması fikri təsadüfi deyil, çünki müasir standartlarda dil öyrətmək yalnız qayda izahı deyil, kommunikativ yanaşma, oxu və danışıq bacarıqlarının inkişaf etdirilməsi və şagirdin nitq mühitinin düzgün qurulması deməkdir. Sertifikasiya bu baxımdan sadəcə qiymətləndirmə aləti deyil, həm də tədris keyfiyyətinin təminat mexanizmidir. Sertifikasiya sayəsində ixtisas biliyi zəif olanların sistemdən təmizlənməsi bir tərəfdən təhsil mühitinin sağlamlaşmasına, digər tərəfdən isə dövlət dilinin yüksək səviyyədə tədrisinə şərait yaradır. Nəticə etibarilə, Azərbaycan dilinin müasir məzmunda öyrədilməsi, dərs saatlarının artırılması, şagird yüklənməsinin azaldılması və müəllimlərin peşəkarlığının yüksəldilməsi bir-birini tamamlayan elementlərdir. Bu addımlar həm dilin inkişafına, həm də gələcək nəsillərin daha savadlı nitq və yazı bacarıqlarına sahib olmasına xidmət edir və dövlətin insan kapitalına yönəlik strateji xəttinin tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri