Icma.az
close
up
RU
Yeni tələbələrin NƏZƏRİNƏ: Paytaxtda kirayə mənzillərin qiymətləri YÜKSƏLİR

Yeni tələbələrin NƏZƏRİNƏ: Paytaxtda kirayə mənzillərin qiymətləri YÜKSƏLİR

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bu səbəbdən kirayə mənzil bazarında canlanma müşahidə olunur. Xüsusilə, bölgələrdən paytaxta üz tutan tələbələr üçün münasib qiymətə, universitetə yaxın və normal şəraitli ev tapmaq bu il də çətindir. Yay aylarında nisbətən sakit olan əmlak bazarında avqustdan etibarən ciddi hərəkətlilik başlayır ki, bu da qiymət artımına səbəb olur. Araşdırmalar göstərir ki, tələbələrin əksəriyyəti aylıq 300-500 manat aralığında kirayə mənzil axtarır. Lakin bu qiymətə uyğun ev tapmaq mümkünsüz olub. Mütəxəssislər isə sentyabr ayında vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırırlar.

Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Modern.az-a açıqlamasında deyib ki, son illər kirayə mənzil bazarında aparılan monitorinqlərin nəticələrinə görə, hər il bazarda təklif həcmi, xüsusilə də ucuz mənzillər üzrə azalır.

"Sözügedən proses əsasən söküntülər nəticəsində, kirayə bazarının əsas hissəsini təşkil edən köhnə və münasib qiymətli mənzillərin sürətlə bazardan çıxarılması ilə bağlıdır. Onların yerini isə daha bahalı və yeni tikililər tutur. Nəticədə, ucuz mənzillərə olan tələb yüksək olaraq qalır, amma təklif azalır. Bu da öz növbəsində, qiymət artımına səbəb olur".

Əmlak eksperti qeyd edib ki, qiymət artımına təsir edən digər bir amil isə ümumilikdə kirayə mənzillərə olan tələbin yüksək olmasıdır:

"Eyni zamanda, bəzi pilot layihələr çərçivəsində tikinti şirkətləri binalar tikildikdən sonra mənzilləri vətəndaşlara kirayə verməklə təqdim edirlər və bu da kirayə bazarında tələbin bir qədər də artmasına səbəb olur.

Bütün bu amillərin nəticəsində, bir neçə il əvvəllə müqayisədə Bakı şəhərində kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur. Əvvəllər yay aylarında - iyun-avqustda tələbələrin öz rayonlarına qayıtması ilə bazarda nisbətən ucuzlaşma baş verirdi. Lakin son dövrlərdə bu mövsümi ucuzlaşma müşahidə olunmur. Artıq il boyu demək olar ki, qiymətlərdə davamlı artım müşahidə edilir".

R.Osmanlının sözlərinə görə, bu il də əvvəlki illərdə olduğu kimi, paytaxta tələbə axınının qiymətlərə əlavə təzyiq göstərəcəyi gözlənilir. Hətta bu tendensiya indidən özünü göstərməyə başlayıb:

"Regionlara gəldikdə isə, məlumdur ki, tələbələr əsasən iqtisadi (ekonom) sinif kateqoriyasına aiddirlər. Bu səbəbdən onlar üçün 1-2 otaqlı mənzillər daha münasib hesab olunur. Məsələn, 2-3 tələbə birləşərək 2 otaqlı mənzil kirayələməyə üstünlük verirlər. Bu baxımdan, şəhərin mərkəzinə nisbətən yaxın ərazilər, məsələn, mikrorayonlar, Həzi Aslanov, Əhmədli kimi yerlər daha münasib hesab edilir. Mərkəz ərazilərdə isə qiymətlər daha yüksəkdir. Eyni zamanda, ictimai nəqliyyata yaxın olan ərazilər tələbələr üçün daha əlverişli sayılır. Bu səbəbdən onların bu il də eynilə sərfəli ərazilərə üstünlük verəcəyi gözlənilir", - deyə ekspert bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Avqust 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri