Icma.az
close
up
RU
Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər TƏDQİQAT

Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər TƏDQİQAT

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

“Science Advances” jurnalında yayımlanan tədqiqatda təqdim olunan innovativ geyilə bilən ağıllı altlıq sistemi insanın yerimə tərzini izləyərək fərdi sağlamlıq monitorinqinə yeni yanaşma təqdim edir.

AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, Ohayo Dövlət Universitetinin Materialşünaslıq və Mühəndislik fakültəsinin dosenti Jinghua Li və tələbəsi Qi Vang rəhbərliyi ilə aparılan tədqiqat nəticəsində hazırlanan bu sistem ayaqqabı altlığına yerləşdirilmiş 22 yüksək həssas təzyiq sensoru vasitəsilə real vaxtda biomexaniki məlumatları toplayır və təhlil edir. Sistem sensorlardan alınan məlumatlara əsasən insanın duruşunu, yeriməsini, qaçışını və digər motor fəaliyyətlərini dəqiqliklə izləyir. Bu texnologiyanın əsas fərqləndirici cəhəti onun enerji təminatında özünü gücləndirən günəş panellərindən istifadə etməsi və maşın öyrənmə alqoritmləri ilə inteqrasiyasıdır. Bu sayədə cihaz səkkiz müxtəlif hərəkət növünü — o cümlədən oturma, ayaq üstə durma, qaçış və çömbəlmə — ayırd edə bilir.

Tədqiqatın müəlliflərinin qeyd etdiyinə görə, ağıllı altlıqlar plantar fasiit, diabetik ayaq xoraları və Parkinson kimi nevroloji xəstəliklərin erkən mərhələlərində hərəkət anomaliyalarının aşkarlanmasına yardımçı ola bilər. J.Li bildirir: “Vücudumuz heç bilmədiyimiz bir çox faydalı məlumat daşıyır. Bu statuslar zamanla dəyişir və bizim məqsədimiz bu siqnalları elektronika vasitəsilə çıxarmaq və deşifrə etməkdir”.

Sensorların ayağın barmaq hissəsindən dabanına qədər bərabər şəkildə yerləşdirilməsi, gəzinti və qaçış zamanı təzyiq bölgüsünün və tətbiq vaxtının fərqliliyini ortaya qoyub. Məsələn, gəzinti zamanı təzyiq ayağın müxtəlif hissələrində ardıcıl olaraq tətbiq olunur və bu proses ümumi zamanın təxminən 50 faizini əhatə edir. Əksinə, qaçış zamanı təzyiqin tətbiqi eyni vaxtda baş verir və bu müddət ümumi vaxtın yalnız 25 faizini təşkil edir. Tədqiqat, həmçinin bu sistemin fərdi sağlamlıq idarəçiliyi üçün imkanlar yaratdığını göstərir. Real vaxtda duruş korreksiyası, zədələrin qarşısının alınması və reabilitasiya monitorinqi kimi funksiyalar bu texnologiyanın praktik tətbiq sahələri arasındadır. Gələcəkdə fərdi fitnes proqramlarının uyğunlaşdırılması və jest tanıma texnologiyasının təkmilləşdirilməsi də nəzərdə tutulur. Altlıqların istehsalında istifadə edilən materialların elastik və təhlükəsiz olması bu cihazın gündəlik istifadəyə yararlılığını artırır. Günəş panelləri ilə toplanan enerji kiçik litium batareyalarda saxlanılır və istifadəçiyə heç bir zərər vermir. Həmçinin cihaz 180 mindən artıq sıxılma və dekompressiya dövründən sonra da performansını qoruyub saxlayaraq uzunmüddətli dayanıqlılığını sübut edib. Tədqiqatçılar bu texnologiyanın 3–5 il ərzində kommersiyalaşdırılacağını proqnozlaşdırırlar. Növbəti mərhələdə müxtəlif populyasiyalarda cihazın funksional imkanlarının test edilməsi və jest tanıma bacarıqlarının inkişaf etdirilməsi prioritet hədəflər arasındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 07:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri