Görünməz qəhrəmanların SƏSSİZ HÜCUMU: Müharibənin fərqli üzü
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Kəşfiyyat düşmən haqqında mümkün qədər dəqiq məlumat toplamaq, həmin məlumatı analiz edib əməliyyat qərarlarının hazırlanmasına xidmət etmək funksiyasını daşıyır.
Oxu.Az AzTV-yə istinadla xəbər verir ki, ehtiyatda olan kəşfiyyatçı Elsəvər Hümbətov Vətən müharibəsində kəşfiyyatın rolundan, mina sahələrinin yaratdığı təhlükədən və döyüşlərdəki koordinasiyalardan danışıb.
O qeyd edib ki, müharibə zamanı qarşıda ölümcül mina sahələri dayanırdı və həmin əraziləri keçmək böyük cəsarət və vətənpərvərlik tələb edirdi. Azərbaycan Ordusu kəşfiyyatla atəş dəstəyi arasında sıx koordinasiya nəticəsində bu çətinliklərin öhdəsindən gəlib və düşmənin mövqelərinə zərbə endirə bilib.
E.Hümbətov, həmçinin kəşfiyyat fəaliyyətinin yalnız texniki deyil, psixoloji üstünlük də yaratdığını vurğulayıb. Onun sözlərinə görə, düşmənin daimi müşahidə altında olduğunu hiss etməsi onun manevr imkanlarını məhdudlaşdırıb və müdafiə sisteminin səmərəliliyini zəiflədib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Görünməz qəhrəmanların SƏSSİZ HÜCUMU: Müharibənin fərqli üzü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 02 Noyabr 2025 02:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















