Icma.az
close
up
RU
“Güclü ümid, sağlam gələcək” mövzusunda tədbir keçirilib

“Güclü ümid, sağlam gələcək” mövzusunda tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 1-də Nizami Kino Mərkəzində "EMEDIA GROUP" Media Təşkilatının birgə təşkilatçılığı ilə leykemiya, yəni qan xərçəngi ilə mübarizə aparan uşaqlara dəstək məqsədilə "Güclü ümid, sağlam gələcək" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən "EMEDIA GROUP" Media Təşkilatının sədri Elşən Əliyev bildirib ki, tədbirin məqsədi yalnız xəstəlikdən danışmaq deyil, həm də leykemiyaya qalib gəlməyin mümkünlüyünü göstərməkdir.

"Hər bir uşağın gələcəyi sağlam və parlaq olmalıdır. Onların arzularının reallaşması üçün cəmiyyət, dövlət və biz də fərd olaraq məsuliyyət daşıyırıq. Burada səslənən hər fikir, göstərilən hər dəstək bir uşağın həyatına yeni ümid çırağı yandıra bilər. Biz inanırıq, ümid varsa, gələcək də sağlam və parlaq olacaq", - deyə təşkilat sədri bildirib.

Daha sonra "Güclü ümid, sağlam gələcək" videoçarxı nümayiş etdirilib. Videoçarx kiçik yaşlarında leykemiyadan əziyyət çəkən, lakin mübarizədən qalib ayrılan bir tələbənin həyatından bəhs edib.

Daha sonra tədbirin panel müzakirəsi təşkil olunub.

Panel müzakirədə çıxış edən Milli Məclisin deputatları - Müşfiq Məmmədli, Hikmət Babaoğlu, Ceyhun Məmmədov, Vüqar İskəndərov, Günay Ağamalı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi İlahə Əfqanlı və başqaları leykemiyadan əziyyət çəkən uşaqlara göstərilən dövlət qayğısından danışıb, sağlamlıq imkanları qismən məhdud olan uşaqlara yaşamaq hüququnu davam etdirməsi üçün kütləvi mənəvi diqqət lazım olduğunu bildiriblər. Hər bir cəmiyyətin gücünün həm də onun mənəvi dəyərlərində olduğunu bildirən natiqlər, bu cür məsələlərdə ictimai diqqətin və humanist birliyin səfərbər edilməsinin vacibliyini diqqətə çatdırıblar. Çıxış edənlər ictimai şüurun formalaşdırılması və bu qəbildən olan uşaqlara mənəvi dəstəyin təşviqi baxımından tədbirin əhəmiyyətini vurğulayıb, cəmiyyət balacaları bu mübarizədə tək qoymayacağına əminliklərini ifadə ediblər.

Tədbir "Uşaqların səsi ol" bədii hissəsi ilə davam edib.

Forum çərçivəsində həm də əl işlərindən ibarət xeyriyyə yarmarkası da təşkil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2025 01:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri