Icma.az
close
up
RU
Yeni Vergi Məcəlləsi hazırlanır:

Yeni Vergi Məcəlləsi hazırlanır:

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması gündəmdədir. Dövlət Vergi Xidmətinin rəsmisinin verdiyi məlumata görə, bu prosesə ötən ildən başlanılıb.

"Yeni Məcəllədə əsas diqqət sahibkarlığın inkişafına yönəldiləcək. Xüsusilə, mikro və kiçik sahibkarlıqdan orta sahibkarlığa keçidi təşviq edən vergi siyasəti alətləri geniş tətbiq olunacaq. Reinvestisiyaların stimullaşdırılması, biznesin mənfəətinin yenidən inkişaf üçün istifadə edilməsinin təşviqi və dolayı vergilər hesabına dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi əsas prioritetlərdən biridir", - Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Report"a açıqlamasında bildirib.

Qeyd edək ki, Vergi Məcəlləsində dəyişikliklər uzun illərdir müzakirə edilir. Bir çox ekspert məcəllənin təkmilləşdirilməyə ehtiyac olduğunu düşünür.

Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov da bildirib ki, ümumiyyətlə, Azərbaycanda yeni, təkmil, daha yığcam vergi məcəlləsinin hazırlanmasına ehtiyac vardı:

"Sözügedən və aidiyyəti qurum tərəfindən haqqında məlumat verilən vergi məcələssinin hansı formada olacağını biz məcəllə qəbul olunduqdan sonra daha dəqiq görə biləcəyik. Düşünürəm ki, daha təkmil vergi məcəlləsi sahibkarlığın inkişafı və şəffaflığın təmin olunması üçün vergi daxilolmalarının daha optimal həyata keçirilməsi üçün son dərəcə önəmlidir. Eyni zamanda başlıca məsələlərdən biri vergi məcəlləsinin tez-tez dəyişikliyə məruz qalmamasıdır. Çünki tez-tez dəyişikliiyə məruz qalan məcəllə investisiya mühiti və sahibkarlar üçün böyük risk hesab olunur. Ona görə də sahibkarlar əmin olmalıdır ki, qəbul olunan vergi məcəlləsi tez-tez dəyişikliyə məruz qalmayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see306

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see265

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see264

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see261

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see254

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see249

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see233

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see231

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see227

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see226

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see212

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see209

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see205

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see204

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see194

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see192

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see167

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

28 İyul 2026 02:02see165

Mançester Siti dən ayrılan futolçu İnter ə keçməyə razılıq verdi

28 İyul 2026 00:53see160

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri