Yeni virus bir çox bölgəyə yayıldı: Ölənlərin sayı artır
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nigeriyada heyvandan insana keçən "Lassa" qızdırması səbəbindən həyatını itirənlərin sayı 162-yə çatıb. Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin açıqlamasında paytaxtla yanaşı 21 ştatda da yoluxmaların artdığı bildirilib. Avqustun 25-31-i aralığında 10 yeni yoluxma qeydə alınıb, 1 yanvar–31 avqust tarixlərində isə ümumi yoluxma sayı 871-ə yüksəlib.
News24.az xəbər verir ki, rəsmi məlumata görə, eyni dövrdə "Lassa" qızdırmasından ölənlərin sayı 162-yə çatıb. Açıqlamada şübhəli və təsdiqlənmiş yoluxmaların ötən ilin eyni dövrünə nisbətən az olduğu, lakin daimi risklərin davam etdiyi vurğulanıb. Ötən il ölkədə 190 nəfər "Lassa" virusu səbəbindən dünyasını dəyişib.
Nigeriyada ilk dəfə 1969-cu ildə Borno əyalətində aşkarlanan "Lassa" qızdırması Mali, Toqo, Qana, Liberiya və Syerra-Leonedə də geniş yayılıb. Siçan nəcisi ilə təmas nəticəsində yayılan virus insandan insana keçə bilir və ölümcül qızdırmaya səbəb olur.
Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə epidemiya ilə bağlı fövqəladə vəziyyət elan edib. Səhiyyə qurumları əhalini siçan və gəmiricilərlə təmasdan uzaq durmağa çağırır.
Xeyrənsə Piriyeva

