Yeni virus kabusu: Vəziyyət kritikdir
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Qərbi Afrika ölkəsi Qanada M-çiçəyi (mpox) virusuna yoluxma halları sürətlə artır.
Yenisabah.az xəbər verir ki, bu barədə Qana Səhiyyə Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin 10 vilayətində 34 yeni yoluxma halı qeydə alınıb. Bununla da ümumi yoluxma sayı 79-a çatıb.
Açıqlamada qeyd olunub ki, hazırda 4 nəfər xəstəxanada müalicə alır. Yoluxan şəxslərlə təmasda olanların müəyyən edilməsi və müşahidə altında saxlanılması işləri davam etdirilir.
Səhiyyə qurumu vətəndaşlara müraciət edərək, səpgilər, yüksək hərarət, limfa vəzilərində şişkinlik və əzələ ağrıları kimi simptomlar hiss etdikdə dərhal həkimə müraciət etməyi tövsiyə edib.
Qeyd edək ki, M-çiçəyi virusu insandan insana yaxın təmas vasitəsilə yayılır.
Rəvan Rzazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 11 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















