Icma.az
close
up
RU
Yeni virus sürətlə yayılır: Xəstəxanalara müraciət artır

Yeni virus sürətlə yayılır: Xəstəxanalara müraciət artır

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər ölkədə həm uşaqlar, həm də böyüklər arasında respirator xəstəliklərin yayılması müşahidə olunur. Xüsusilə mövsümi dəyişikliklərlə əlaqədar artan virus infeksiyaları əhali arasında narahatlıq yaradıb. Həkimlər bildirirlər ki, bəzi hallarda bu xəstəliklər ağırlaşaraq pnevmoniyaya çevrilə bilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a bildirib ki, bu infeksiyanın respirator sinsitial virus olması ehtimal edilir:

"Bu virus bəzi hallarda uşaqların vəziyyətini xeyli ağırlaşdıraraq, hətta pnevmoniyaya gətirib çıxara bilər. Ehtimal olunur ki, bu infeksiya respirator sinsitial virusdur. Yəni A tipli influenza virusu deyil. Lakin bunun dəqiq müəyyənləşdirilməsi üçün rəsmi qurumların açıqlaması vacibdir, çünki virusun identifikasiyasını məhz onlar aparırlar”.

O qeyd edib ki, xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün uşağın yataq rejimində qalması vacibdir:

"Həm respirator sinsitial virus, həm də influenza xüsusilə iki yaşa qədər uşaqlarda bronxit və pnevmoniya əlamətləri yarada bilər. Xəstəlik əsasən hərarət, öskürək, təngnəfəslik, burun axması, halsızlıq və zəiflik kimi simptomlarla müşayiət olunur.

Ümumilikdə, xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün uşağın yataq rejimində qalması və bol maye qəbul etməsi tövsiyə olunur. Hərarət 38,5 dərəcəyə qədərdirsə, onu dərhal salmaq məsləhət görülmür. Lakin bu göstəricidən yuxarı qalxdıqda hərarətin aşağı salınması vacibdir. Uşağa əsasən vitaminlə zəngin qidalar və maye verilməlidir. Əgər 2–3 gün ərzində vəziyyətdə yaxşılaşma müşahidə olunmazsa, mütləq həkimə müraciət edilməli və onun tövsiyəsinə uyğun müalicə aparılmalıdır”.

İnfeksionist bildirib ki, bu xəstəliklər üçün spesifik müalicə üsulu yoxdur:

"Bu xəstəliklər üçün spesifik müalicə üsulu yoxdur, müalicə əsasən simptomatik və orqanizmi dəstəkləyici xarakter daşıyır. Həkim məsləhəti olmadan öskürəyə qarşı və ya bəlğəmgətirici dərmanların verilməsi məqsədəuyğun deyil. Bu, xəstəliyin gedişini uzada və vəziyyəti daha da ağırlaşdıra bilər”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov AZXEBER.COM-a bildirib ki, bu hal "yeni” virusla əlaqəli deyil:

"Son vaxtlar müşahidə olunan bu simptomlar kompleksi bir neçə mövsümi respirator virus infeksiyasının dövriyyədə olması ilə əlaqədardır. Bu hal "yeni” virusla bağlı deyil, bir neçə infeksiyanın eyni vaxtda sirkulyasiyasından qaynaqlanır. Klassik qripdən fərqlənən, lakin oxşar simptomlar yaradan əsas törədicilər adenoviruslar, rinoviruslar və digərləridir. Bunlar boğazda kəskin ağrı, uzunmüddətli halsızlıq və bəzən sümük ağrıları ilə müşayiət olunur.

Mövsüm dəyişiklikləri orqanizm üçün bioloji stress yaradır. Gün ərzində temperaturun kəskin dəyişməsi (səhər soyuq, günorta isti) orqanizmin müdafiə baryerlərini zəiflədir. Quru və ya həddindən artıq rütubətli hava tənəffüs yollarının selikli qişasını həssaslaşdırır ki, bu da virusların hüceyrələrə daxil olmasını asanlaşdırır”.

O qeyd edib ki, virus bədəndə çoxaldıqca immun sistemi sitokinlər ifraz edir:

"İnsanların "sümük ağrısı” kimi təsvir etdiyi hal əslində orqanizmin intoksikasiya (zəhərlənmə) əlamətidir. Virus bədəndə çoxaldıqca immun sistemi sitokinlər ifraz edir. Bu maddələr iltihab prosesini başladır və nəticədə əzələ və oynaq ətrafındakı sinir uclarını qıcıqlandıraraq şiddətli ağrı hissi yaradır”.

T. Eyvazov bildirib ki, bir neçə məqama diqqət etmək lazımdır:

"Bol maye qəbulu toksinlərin bədəndən xaric olunmasını sürətləndirir. Əgər qızdırma 3 gündən artıq davam edərsə və ya tənəffüs çətinləşərsə, infeksiyanın bakterial formaya keçməməsi üçün mütləq həkim müayinəsindən keçmək lazımdır. Vitamin balansı (xüsusilə D və C vitaminləri) və yuxu rejimi immun sisteminin bərpası üçün həlledicidir.

Bu vəziyyət adətən 7–10 gün ərzində tam sağalma ilə nəticələnir”.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Aprel 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri