Icma.az
close
up
RU
Yeni “xəstəlik” NÖVÜ İnsanlardan uzaq qalmaq simptomları daha da AĞIRLAŞDIRIR...

Yeni “xəstəlik” NÖVÜ İnsanlardan uzaq qalmaq simptomları daha da AĞIRLAŞDIRIR...

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rəqəmsal dünyanın bizdən aldıqları verdiklərindən daha çoxdur. Məsələn, canlı ünsiyyət, söhbətləşmə, qəzet və kitab oxumaq vərdişlərimiz yavaş-yavaş yoxa çıxır. Bu gün 7-dən 77-dək insanların tam əksəriyyəti sutkanın 7-8 saatını telefonla keçirir. Hətta yemək yeyəndə, yatanda və hətta işgüzar görüşdə belə telefonumuz yanımızda olur.
Artıq telefon bizim həmsöhbətimiz, həyat dostumuz olub. Son zamanlarsa ChatGPT çoxlarımızın sirdaşı olub. Bəzi insanlar saatlarla bu platformada yazışır, danışır, hətta ondan məsləhət alır.
Beləcə bir-birimizdən uzaqlaşır, soyuyuruq. İnsanların əksəriyyəti bu gün tənhalığa daha çox üstünlük verir, bütün meylini rəqəmsal dünyaya salır.
Nə baş verir?  
Unutmayaq ki, ünsiyyət insan cəmiyyətinin əsas dayaqlarından biridir. İnsanlar fikir, hiss və təcrübələrini paylaşmaqla sosial bağlar qurur, empatiya yaradır və birlikdə yaşamağı öyrənirlər. Lakin müasir dövrdə insanlar arasında canlı və səmimi ünsiyyətin getdikcə zəiflədiyi müşahidə olunur. Bu proses təsadüfi deyil və bir sıra sosial, texnoloji və psixoloji amillərlə bağlıdır.
Rəqəmsal texnologiyaların sürətli inkişafı insanların həyatını asanlaşdırmaqla yanaşı, ünsiyyət formasını da köklü şəkildə dəyişdirib. Sosial şəbəkələr, mesajlaşma tətbiqləri və virtual platformalar üz-üzə ünsiyyəti minimuma endirib. İnsanlar eyni məkanda olsalar belə, telefon ekranına fokuslanır, real dialoq qurmaq ehtiyacı azalır. Nəticədə ünsiyyət daha səthi və emosional dərinlikdən uzaq olur.
Burada digər maraqlı faktor zamanın sürətlənməsi və həyat tempinin artmasıdır. 
Müasir insan daim tələsir.
Bu tələskənliksə sosial məsuliyyətlər və maddi qayğılar üzündən ünsiyyətə ayrılan vaxtı azaldır. Tələskənlik üzündən insanlar bir-birini dinləmək əvəzinə tez cavab verməyə, söhbəti qısa kəsməyə üstünlük verirlər. Bu isə ünsiyyəti formal və mexaniki hala gətirir.
 

Təəssüf ki, cəmiyyət getdikcə daha çox fərd mərkəzli düşüncəyə yönəlir. “Mən” anlayışı sürətlə “biz” anlayışını sıxışdırır. İnsanlar başqalarının fikirlərinə, hisslərinə maraq göstərməkdənsə, öz dünyalarına qapanırlar. Bu fərdiləşmə empatiyanın azalmasına, nəticədə ünsiyyətin zəifləməsinə səbəb olur.


Cəmiyyətdə etimadın azalması da ünsiyyətə ciddi təsir göstərir. İnsanlar bir-birini dinləmək və anlamaq əvəzinə mühakimə etməyə, ittiham etməyə meylli olurlar. Bu vəziyyət açıq və səmimi ünsiyyətin qarşısını alır. Nəticədə insanlar susmağa və özlərini ifadə etməməyə üstünlük verirlər. Özünə qapanan və susmağa üstünlük verən insanlarda isə tədricən psixoloji və emosional yorğunluq baş qaldırır.
Xüsusilə qeyd etməliyik ki, stress, depressiya və emosional tükənmişlik də ünsiyyətin azalmasında mühüm rol oynayır. Daxili problemlərlə mübarizə aparan insan başqaları ilə əlaqə qurmağa çəkinir, təkliyə meyl edir. Bu isə sosial təcrid və ünsiyyətin yoxa çıxması ilə nəticələnir.
Günahkar təkcə rəqəmsal dünyadırmı?
Rəqəmsallaşmanın həyatımıza gətirdiyi fəsadlar fonunda bəzən maraqlı mənzərələrlə də rastlaşırıq. Məsələn parkda, kafedə və ya supermarketdə ətrafımızdakı tanımadığımız adamlarla çox yaxşı həmsöhbət oluruq. Doğrudur, yad adamlarla qısa təmaslar dərdli bir həyatı sevinc dolu yaşama çevirmir. Amma gündəlik dərdləri daha xoş bir təcrübə halına gətirə bilir.
İnsanlar yad adamlarla daha rahat danışa bilir, özünü yaxşı ifadə edir. Bu gün sosial şəbəkə üzərindən bir-birini tanımayan insanlar nəinki yaxşı anlaşır, hətta qrup halında birləşirlər. Bəzən qrup yazışmaları saatlarla çəkir.
 

Mütəxəssislərin rəyinə görə, insanların yad adamlarla və yaxud ChatGPT ilə söhbətləri ona görə yaxşı alınır ki, qarşı tərəf ancaq dinləyir. Çox nadir hallarda suallar verilir. Amma yaxınlarla münasibətdə çox zaman bu alınmır.


Deməli heç də hamımız lazımı səviyyədə həmsöhbət, yaxşı dinləyici deyilik. Ona görə də ətrafımız bizdən qaçır, meylini sosial platformalara salır.
Digər və bəlkə də əsas səbəb maddiyyatın önə çıxmasıdır.
İnsanlar hər gün daha çox imkan sahibi olmaq istəyir. Bunun üçün bütün imkanlarını səfərbər edir. Madiyyata fokuslanan insanlar təbii ki, sosial məsuliyyəti önə çəkib, mənəvi məsuliyyətdən qaçırlar. Halbuki hər birimizin hər gün yeməkdən, geyinməkdən və digər materiyalardan daha çox xoş bir sözə ehtiyacımız var. Çünki insan sevgiylə əhatə olunanda daha xoşbəxt olur.
Maddiyyatsa olsa-olsa hansısa arzuya çatmaq üçün bir vasitədir. Qəribədir ki, insan arzuladığı maddiyata çatanda heç də o qədər xoşbəxt olmur. Əksinə yeni fəth edilmiş maddi imkan insanda daha böyük iddialar yaradır. Bu isə insanı daima gərginlik və stresdə saxlayır. Lakin sevdiklərinlə vaxt keçirmək, onları dinləmək, onlarla düşüncələrini və hətta problemlərini bölüşmək hər kəsə rahatlıq gətirir. Həyatda tək olmadığına və hətta həyatın sonu olmadığına insanı inandırır.
Hazırda ölkəmizdə insanlar qazanclarının 55-60 faizini gündəlik qidalanmaya xərcləyirlər. Bu bir tərəfdən ölkədəki iqtisadi durumu göstərirsə, digər tərəfdən insanlarımızın maddiyata nə qədər önəm verməsinin sübutudur.
Məsələn, Y nəslinin zamanında insanlar bu qədər restorana getmirdi. Hətta onların qida rasionunda ət, balıq və digər qidalar daha az idi. Lakin onlar daha sağlam idi. Çünki o zaman insanlar maddiyyatdan daha çox mənəviyyatdan ləzzət alırdılar. İnsanlar oturub saatlarla hansısa kitabı, hansısa sənət əsərini müzakirə edir və ondan ruhi qida alırdılar.
Bu günsə ruhun qidalanması arxa fona keçib.
Hər kəs daha komfortlu yaşamaq və bahalı qidalanma haqqında düşünür. Beləcə maddiyyat uğrundan gedən savaş mənəviyyatımızı məhv edir.
 

Unutmayaq ki, təbiətinə görə insan sosial varlıqdır və başqaları ilə təmasa keçəndə daha sağlam, xoşbəxt olur. Özünü təcrid etmək, tənhalığa çəkilmək psixoloji problemlərlə yanaşı insanı daha çox qidalanmaya sövq edir. Bu isə həm israfçılıq yaradır, həm də insanlar davamlı çəki alır.


Ona görə də insanlar arasında ünsiyyəti bərpa etmək üçün insani münasibətlərinə yenidən dəyər verilməli, empatiya, dinləmə mədəniyyəti və canlı dialoq təşviq olunmalıdır. Çünki sağlam cəmiyyət yalnız sağlam ünsiyyət üzərində qurula bilər. Unutmayaq ki, ünsiyyət, söhbətləşmək bir ehtiyacdır. O ehtiyac ödənilmədikcə sağlamlığımızda problemlər yaranır. İnsan zamanla öz-özünə danışır, virtual asılılıq artır. Nəticədə zamanla ünsiyyətsizlik xəstəliyə çevrilir...
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri